Veysəloğlu Şirkətlər Qrupu üçün “tarladan süfrəyə” nədir?
Son 6 ayda 5,800 tonluq məhsul birbaşa fermerdən alınaraq mağaza rəflərinə gətirilib
(®) Veysəloğlu Şirkətlər Qrupu istehlakçıları təbii meyvə-tərəvəzlə təmin etmək məqsədilə məhsulların birbaşa fermerlərdən alışını təşkil edir. Şirkətlər Qrupunun niyyəti müştəriləri mümkün uyğun qiymətə və təbii məhsullarla təmin etmək, həmçinin kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmaqdır. Meyvə-tərəvəzin satın alınması üzrə rəhbər Sərdar Ceylan bildirib:
“Biz bu prosesə sadəcə bir alış-veriş əməliyyatı olaraq yanaşmırıq. Burada beynəlxalq təcrübəni nəzərdən keçirir və öz işimizi ədalətli ticarət prinsiplərinə əsasən qurmağa çalışırıq. Fermerlərlə birbaşa ünsiyyət yaradır və həm biznesimiz, həm də istehsalçılar üçün əlverişli şərtlərlə əməkdaşlıq edirik”. Bu fəaliyyətin nəticəsi olaraq, yerli fermerlər öz məhsullarını daha geniş satış şəbəkəsinə birbaşa təqdimetmə fürsəti əldə edirlər.
Veysəloğlu Şirkətlər Qrupu hazırda 91 fermerin məhsulunu öz mağazalarında müştərilərə təqdim edir. İlin ilk 6 ayı ərzində təqribən 4,7 milyon manat dəyəri olan 5,800 tonluq meyvə-tərəvəz çeşidinin fermerlərdən alışı baş tutub. 100-ə yaxın əkin sahəsində isə fermerlərlə əməkdaşlıq imkanları müzakirə edilib. Artıq növbəti mövsüm üçün razılıq əldə olunub, bu isə istehsalçının məhsul əkinini düzgün planlaşdırmasına kömək edir, satılmayan məhsulun israfının qarşısını alır.
Şirkətlər Qrupu logistik əməliyyatların effektiv təşkili üçün ilkin mərhələdə kartof və soğanın qəbulu və saxlanılması məqsədilə Mingəçevir və Salyanda yerli saxlama məntəqələri yaradıb. 2022-ci ildə isə “Şəmkir Aqroparkı”nda Veysəloğlu Şirkətlər Qrupu üçün xüsusi məhsul qəbulu məntəqəsinin yaradılması həmin regiondakı kəndlinin işini asanlaşdırıb. Belə ki, artıq istehsalçının məhsulunu satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlməsinə ehtiyac yoxdur. Məhsullar “soyuq zəncir” standartları tətbiq edilməklə ölkə daxilindəki bütün “Araz” və “OBA” mağazalarına çatdırılır. Bununla da təbii məhsulları alıcılara həqiqətən münasib qiymətə təklif etməyə imkan yaranır. İstehlakçılar xüsusilə kartof, soğan, sarımsaq, kök, kələm, çuğundur, alma, şaftalı, gilas, gavalı və çiyələk növləri üzrə qiymət və yerli dad fərqini rahatlıqla anlaya bilərlər.
Öz məhsullarının Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” mağazalarında birbaşa satılmasını istəyən fermerlər +994559002424 nömrəsi ilə əlaqə saxlamağa dəvət olunur.
Veysəloğlu Şirkətlər Qrupu 28 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. 19,000 nəfərdən çox insanın iş yeri olan Şirkətlər Qrupu Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 d. əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
43 d. əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
1 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
1 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
1 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
-
1 saat əvvəl
“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
-
2 saat əvvəl
Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ən çox oxunanlar

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
