Tanınmış kosmetika brendi "The Body Shop" artıq Azərbaycanda!

(®) Original, İngiltərə mənşəli baxım və kosmetika brendi “The Body Shop” ölkəmizdə ilk mağazasının rəsmi açılışını edib.
“The Body Shop”-un Azərbaycandakı eksklüziv françayzisi olan “AZPHA” şirkəti ilk mağazasını 7 iyul tarixində Ü. Hacıbəyov küçəsi 26D ünvanında açıb. Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Səhiyyə Nazirliyinin sektor müdiri Səbinə Babazadə, Gənclər və İdman nazirliyinin sektor müdiri Nərmin Aslanbəyli, Respublika QİÇS-lə Mübarizə Mübarizində qəbul şöbəsinin müdiri Ədilə Rzayeva, Eurovision qalibi Nigar Camal, “Nargis” jurnalının kollektivi, journalist, stilist və bloggerlər iştirak edib. Tədbir zamanı şirkət və onun fəaliyyəti haqqında iştirakçılara məlumat verildi, sonra isə iştirakçılar məhsulları sınamağa dəvət edildilər.
Qeyd edək ki, şirkət növbəti aylarda Azərbaycan üçün onlayn mağazasını da açmağı planlaşdırır.
Dünyanın 70-dən çox ölkəsində 3000-dən çox mağazası olan “The Body Shop” qlobal gözəllik markası olaraq öz yüksək keyfiyyətli, təbii inqredientlərlə zəngin üz, saç baxımı və makyaj məhsullarının etik və davamlı istehsalı ilə bütün dünyaya faydalı olmağı hədəfləyib.
Təbii inqredientlərdən hazırlanmış məhsullar əla nəticə verir!
“The Body Shop” ədalətli ticarət və dayanıqlı iqtisadiyyatın prinsiplərinə uyğun qaydada istehsal və ixrac olunmuş 700-dən çox məhsul təklif edir. Bütün məhsulları 100% etik istehsal olunmuş “The Body Shop” hər zaman qadınlara dəstək olan layihələri ilə fərqlənir. Marka xüsusilə qadınların və qızların özləri, bədənləri və gələcəkləri barədə pozitiv düşünməsini təmin edən layihələr həyata keçirir. “The Body Shop” çay ağacı, şi, badam kimi yüksək keyfiyyətli təbii inqredientləri ilə saç və dəri qulluğu üçün lazım olan bütün faydalı məhsulları təmin edir.
“The Body Shop” Azərbaycanda qlobal olaraq tanınmış və bəyənilmiş markanın simvoluna çevrilmiş Şi Bədən Yağı, Çay ağacı yağı, Zəncəfil kəpəyə qarşı şampunu və Himalay kömürlü üz maskası kimi yüksək effektli məhsullarla təmsil olunur.
“The Body Shop” bütün dünya üçün faydalı brenddir.
“The Body Shop” 1976-cı ildə sahibkar və aktivist Anita Roddik tərəfindən təsis edildiyi gündən qabaqcıl və unikal brend olaraq tanınır. Brend biznesin yaxşılıq üçün çalışan güc ola biləcəyi fəlsəfəsinə əsaslanmış və məqsədini “daha ədalətli və daha gözəl dünya yaratmaq üçün mübarizə etmək” olaraq təyin etmişdir. “The Body Shop” ətraf mühit və insan hüquqları məsələlərində çıxış edərək insan hüquqlarının müdafiəsi, heyvanların və ətraf mühitin qorunması ilə bağlı kampaniyalar aparıb və əhəmiyyətli dəyişikliklərə nail olmaq öhdəliyini nümayiş etdirib.
“The Body Shop” kosmetik məqsədlər üçün heyvan üzərində sınaq problemini həll edən ilk beynəlxalq kosmetika markası idi və 1998-ci ildə Böyük Britaniyada, ardınca 2013-cü ildə Avropada belə sınaqlara qadağa üçün istehlakçı dəstəyi topladı. 2017-ci ildə brend hər yerdə və hər zaman kosmetik məhsullarda və inqrediyentlərdə heyvanlar üzərində sınaqların keçirilməsinə qadağa qoyulmasına çağıran ən böyük kampaniya – "Forever Against Animal Testing"i təqdim etdi. Partnyorları “Cruelty Free International” ilə birlikdə brend 8 milyondan çox imza topladı və dəyişiklik üçün kampaniya aparmaq üçün Birləşmiş Millətlər Təşkilatında məsələ qaldırıldı.
“The Body Shop” həm də 1987-ci ildə ədalətli ticarətə həsr olunmuş proqramı – “İcma Ədalətli Ticarət” proqramını idarə edən ilk kosmetika şirkəti idi. Onlar müsbət sosial dəyişiklik yaratmaq ambisiyalarını bölüşən ekspert istehsalçı qrupları ilə uzunmüddətli ticarət tərəfdaşlığı yaratmağı hədəfləyirlər. Bu gün brend dünya üzrə 32 təchizatçıdan 24 yüksək keyfiyyətli inqrediyent, eyni zamanda hədiyyə, aksesuar və qablaşdırma məhsulları əldə edir. Bu il “The Body Shop” “İcma Ədalətli Ticarət” proqramına yeni innovativ təchizat zəncirini təqdim etdi - Hindistanın Bangaluru şəhərindəki tullantı toplayanlardan təkrar emal edilmiş plastikdən istifadə.
“The Body Shop” bərabərliyin tərəfindədir.
Qadınlara dəstək olmaq həmişə “The Body Shop”-un fəaliyyətinin mərkəzində olub. Brend, “İcma Ədalətli Ticarət” proqramı və bütün dünyada qadınlara və qızlara kişilərlə eyni hüquqlar, güc və imkanlar verməyə çalışan kampaniyalar kimi fəaliyyətləri ilə fərqlənir. Brend bütün dünyada uşaq hüquqlarını və qızlar üçün bərabərliyi təmin etməyə çalışan qlobal uşaq xeyriyyə təşkilatı “Plan International” ilə əməkdaşlıq edir. Onlar təhsil və təlim vasitəsilə qızların xəyallarını reallaşdırmaq üçün birlikdə çalışırlar. Siz də “The Body Shop” məhsulları alaraq həm hazırkı həm də gələcək layihələr çərçivəsində markanın sosial, iqtisadi layihələrinə dəstəyinizi göstərə bilər və necə gənc qızın təhsilində və öz xəyallarını reallaşdırmasında rol oynaya bilərsiniz.
Marka ilə bağlı yeniliklərlə bağlı xəbərdar olmaq istəyirsinizsə aşağıdakı rəsmi sosial media hesablarını izləyin:
Facebook: The Body Shop Azerbaijan
Instagram: thebodyshopazofficial
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 27 d. əvvəl
-
34 d. əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
1 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
2 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
2 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
-
2 saat əvvəl
“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
-
2 saat əvvəl
Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Sentyabrın 20-də gözlənilən hava şəraiti

AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
Ən çox oxunanlar

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
