Azərbaycanın iqtisadi artımı üzrə yeni məlumat
Neft-qaz sektorunda əlavə dəyər azalıb2022-ci ilin yanvar-iyul aylarında ölkədə 74 milyard 155,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artmışdır.
ÜDM istehsalının 52,9 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,3 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 7375,9 manata bərabər olmuşdur.
Sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-iyul aylarında 49,3 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalmış, qeyri neft-qaz sektorunda isə 10,7 faiz artmışdır.
Sənaye məhsulunun 75,6 faizi mədənçıxarma sektorunda, 20,5 faizi emal sektorunda, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 15,3 faiz artmışdır.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,0 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,6 dəfə, əczaçılıq məhsullarının istehsalı 2,0 dəfə, elektrik avadanlıqlarının istehsalı 63,9 faiz, mebel istehsalı 56,5 faiz, geyim istehsalı 52,0 faiz, maşın və avadanlıqların istehsalı 39,0 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 34,5 faiz, hazır metal məmulatlarının istehsalı 32,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29,4 faiz, poliqrafiya məhsullarının istehsalı 26,5 faiz, tikinti materiallarının istehsalı 24,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 17,2 faiz, kağız və karton istehsalı 16,7 faiz, qida məhsullarının istehsalı 11,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 9,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 0,8 faiz artmış, tütün məmulatlarının istehsalı 2,4 faiz, içkilərin istehsalı 6,9 faiz, neft məhsullarının istehsalı 11,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 24,6 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,8 faiz artmışdır.
İnvestisiyalar cüzi artıb
2022-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7 milyard 301,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,5 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,5 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 4 milyard 492,6 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 355,5 milyon manatı (32,3 faizi) xidmət sahələrinə, 453,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 427,8 milyon manatını və ya 74,3 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 174,9 milyon manatı və ya 70,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,4 faiz, büdcə vəsaitləri 29,6 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, sair vəsaitlər 5,0 faiz, bank kreditləri isə 3,2 faiz təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat sonra
-
-
6 d. əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
30 d. əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 41 d. əvvəl
-
54 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb







.jpg)







.jpg)






