Bu istehsalçıların qəndləri təhlükəlidir - AQTA SİYAHI YAYDI
12 istehsalçının qənd məhsulları satışdan çıxarılır.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqlər davam etdirilir.
Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində qənd istehsalı müəssisələrində aparılan monitorinqlər zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən qənd məhsullarından nümunələr götürülərək müayinələrə cəlb olunub və bir sıra məhsullarda kükürd-dioksidin (SO2) kütlə payının normativ sənəddə göstərilən həddən yüksək olduğu aşkar edilib.
Müəyyənləşdirilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, həmin məhsulların satışdan çıxarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib, həmçinin tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi üçün istehsalçı şirkətlərə müraciət olunub.
AQTA istehsalçı şirkətləri qeyd olunan məhsul partiyalarını satış şəbəkələrindən dərhal geri çağırmağa, istehlakçıları isə bu məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir.
Yoxlamalar nəticəsində tərkibindəki kükürd-dioksidin kütlə payının normadan artıq olduğu müəyyən edilmiş əmtəə nişanları və istehsal müəssisələrinin siyahısı:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 19 saat sonra
-
-
1 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
1 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
3 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
4 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib






















