Daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi xidməti ünvanda da göstərilir
Bu xidmət vaxt məhdudiyyəti olan vətəndaşlar üçün əlverişlidir.Daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi xidməti ünvanda da göstərilir.
Bu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Hüquq sahibinin sifarişi əsasında daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi” adlı elektron xidmət vasitəsilə həyata keçirilir.
Daşınmaz əmlakla bağlı göstərilən xidmətlərin elektron müstəviyə keçməsi Xidmətin prioritetlərindəndir və bu xidmətin istifadəyə verilməsi vətəndaş məmnunluğunun təmin edilməsinə, çevikliyin artırılmasına, vaxt itkisinin aradan qaldırılmasına yönəlib. Elektron xidmət daşınmaz əmlakın daha sadə və innovativ üsullarla sənədləşdirilməsi üçün yeni imkanlar yaradır. Bu xidmət vaxt məhdudiyyəti səbəbindən Xidmətin ərazi idarələrinə gedə bilməyən vətəndaşlar üçün olduqca əlverişlidir.
Müraciət etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (e-emlak.gov.az) daxil olmalıdır. Bundan sonra “Hüquq sahibinin sifarişi əsasında daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi” bölməsinə keçid edərək şəxsə aid tələb olunan məlumatlar daxil edilir.
Fiziki və hüquqi şəxs tərəfindən verilən etibarnamə ilə müraciət etmək də mümkündür. Fiziki şəxs tərəfindən verilən etibarnamə ilə müraciətdə etibarnamə verənin şəxsiyyət vəsiqəsinin FİN kodu, hüquqi şəxs tərəfindən verilən etibarnamə ilə müraciətdə etibarnamə verən şəxsin VÖEN kodu daxil edilir, “Axtar” düyməsi sıxılır. Bütün xanalar doldurulduqdan sonra növbəti səhifəyə keçid olunur.
Daha sonra “Birtərəfli” və “İkitərəfli” xidmət olmaqla iki seçim təqdim edilir. “Birtərəfli” xidmətdə sənədlərin qəbulu və ya hazır sənədlərin çatdırılması xidmətlərinin yalnız birindən yararlanmaq mümkündür. Bunun üçün 30 manat xidmət haqqı tələb olunur. “İkitərəfli” xidmətdə isə sənədlərin qəbulu və hazır sənədlərin çatdırılması xidmətlərindən birlikdə istifadə etmək imkanı var. Bunun üçün isə 50 manat xidmət haqqı tələb olunur.
Müvafiq xanalara xidmətin göstəriləcəyi ünvan, tarix və saat qeyd olunur. Cari tarixdən maksimum 15 gün sonrakı tarixi seçmək mümkündür. Cari gündə bütün saat aralıqları tutulubsa, həmin gün üçün seçim deaktiv olunur.
Sonda elektron qaydada ödəniş etdikdən sonra qeyd edilmiş əlaqə məlumatlarına əsasən müraciət edən şəxsə elektron məktub və SMS bildiriş göndərilir.
Xidmətdən istifadə üçün keçid: https://e-emlak.gov.az/eemdk/services/mobile/login
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
7 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
8 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
8 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
10 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
10 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
10 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
11 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®






















