Rusiya vətəndaşlarının axını Azərbaycanda daşınmaz əmlakı bahalaşdıracaq?
Rusiya vətəndaşlarının Azərbaycana axın etməsi ölkəmizin daşınmaz əmlak bazarında qiymətlərin artmasına səbəb olacaq.
Bu barədə açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib.
V.Oruc eyni halın bu ilin əvvəllərində də yaşandığını diqqətə çatdırıb:
“Bir müddət əvvəl Rusiya-Ukrana müharibəsi başlayan zaman Ukraynadan Azərbaycana çox sayda gələn olmuşdu. Bunlar Azərbaycan əsilli biznes adamları, eyni zamanda Ukraynanın münaqişədən maksimum uzaq olmağa çalışan öz vətəndaşları idi. Onların gəlişi Azərbaycanda daşınmaz əmlak bazarına çox ciddi təsir göstərmişdi. Nəticədə ötən ilə nisbətən bu il daşınmaz əmlak bazarında kirayə və alqı-satqı qiymətləri yüksəldi və heç vaxt görünməyən faiz sıçrayışının şahidi olduq. Hazırda eyni mahiyyətə malik yeni bir proseslə üz-üzəyik. Rusiyada qismən səfərbəlrik elan olunub və buna etiraz olaraq Rusiya vətəndaşlarının böyük bir qismi Rusiya sərhədlərini tərk edir, Avropaya və MDB dövlətlərinə üz tuturlar. Nəticədə Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsi gözlənilir”.
V.Oruc deyib ki, ölkəyə gələnlər əsasən kirayə bazarına müraciət edir:
“Çünki əksəriyyət proseslər sakitləşənə qədər müvəqqəti olaraq yaşayış yeri əldə etmək fikrindədir. Onların kirayə bazarına müraciət etməsi bu bazarda qiymətlərin bahalaşmasına səbəb olur. Nəticədə investorlarda belə bir fikir yaranır ki, əmlak alqı-satqısı və həmin əmlakın sonradan kirayəyə verilməsi ciddi şəkildə mənfəətin meydana çıxmasına səbəb ola bilər. Odur ki, daşınmaz əmlak bazarında bizim öz yerli sahibkarlarımız müəyyən ajiotajın yaranmasına səbəb olurlar. Tələb artır və nəticədə qiymətlər yüksəlir”.
V.Oruc diqqətə çatdırıb ki, Rusiyadakı Azərbaycan əsilli biznes adamlarının da bir qismi artıq geri qayıdır və bu da daşınmaz əmlakın bahalaşmasının səbəblərindən ola bilər:
“Onların da yerli bazara investisya etmək planları olacaq. Bu gün də investisiya üçün ən uyğun bazar daşınmaz əmlak bazarıdır və onlar da yerli bazarda bizneslərini qurmaq üçün bu bazara müraciət edəcək. Bu da tələbin və qiymətlərin yüksəlməsinə səbəb olacaq. Hər il sentyabrın sonlarında kirayə bazarında müəyyən stabillik yaranırdı. Çünki təhsil ocaqlarının açılması ilə yaranan ajiotaj artıq yekunlaşırdı. Amma bu il hələ də kirayə mənzil bazarında mənzil tapmaq asan deyil. Bu il keçən ilkindən fərqli bir vəziyyətlə üz-üzəyik. Bu da onu göstərir ki, Azərbaycana Rusiya, Ukraynda vətəndaşları, o cümlədən bu ölkələrdə yaşayan soydaşlarımızın gəlişi bazarda tələbin yüksəlməsinə səbəb olub. Axtarış və müraciətlər çoxaldıqca bazarda tələb artıb. Nəticədə qiymətlərin artması ilə üzbəüzük. Bu ilin əvvəllində olduğu kimi yenə də qiymətlərin 10-15 % civarında artımına şahid ola və daşınmaz əmlak bazarında növbəti bahalaşma xəttini görə bilərik”.
Ekspert hesab edir ki, həmçinin İrandan Azərbaycana insan axını burdakı daşınmaz əmlakı bahalaşdıra bilər:
“İrandakı proseslər də neqativ şəkildə davam edərsə, ordakı xeyli sayda vətəndaş ilk növbədə Bakıya gəlməyi düşünə bilər. Belə şəraitdə həm kirayə bazarı, həm alqı-satqı bazarında qiymətlərin yüksəlməsini proqnozlaşdırmaq olar. Bu proseslər davam edərsə, ilin sonu və növbəti ilin əvvəllərinə daşnmaz əmlak bazarında eynilə bu ilin əvvəllərində yaşadığımız vəziyyətin təkrarını görə bilərik. Yəni qiymətlərin yenə sıçrayışla artmasının şahid ola bilərik. Bunun üçün yetərincə səbəb var".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 15 saat sonra
-
- 49 d. əvvəl
- 54 d. əvvəl
-
59 d. əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
3 saat əvvəl
Samuxda təhlükəli xəstəlik şübhəsi - Təsərrüfata giriş-çıxış məhdudlaşdırıldı
-
4 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
5 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti
























