Vətəndaşlar daşınmaz əmlaklarını əvvəlcədən qeydiyyatdan keçirə bilər
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi "Daşınmaz əmlakın qabaqcadan qeydiyyatının üstünlükləri və faydaları" adlı ictimai təqdimat keçirib.
Tədbirdə komitənin nümayəndələri, ictimai təşkilatlar, iri inşaat şirkətləri, rieltorlar, media nümayəndələri iştirak ediblər. Təqdimatın məqsədi qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın qabaqcadan qeydiyyatının geniş istifadəsinin təmin olunması, onun faydaları, üstünlükləri barədə vətəndaşların, tikinti şirkətlərinin, ictimaiyyətin məlumatlandırılması və onların maarifləndirilməsidir.
Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsiyanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, son illər ölkəmizdə həyata keçirilən uğurlu, genişmiqyaslı islahatlar və mövcud qanunvericiliyin təkmilləşdirilməsi iqtisadiyyatın digər sahələri ilə yanaşı, daşınmaz əmlak bazarının və inşaat sektorunun da inkişafına təkan verib. Bu inkişafın göstəricilərindən biri də respublika ərazisində tikinti işlərinin, o cümlədən çoxmənzilli binaların inşasının geniş vüsət almasıdır.
Sədrin sözlərinə görə, Əmlak Məsələlər Dövlət Komitəsi tərəfindən daşınmaz əmlak idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı sahəsində müasir çağırışlara əsaslanan yeni mexanizmlər tətbiq olunur:
"Bu sahənin təkmilləşdirilməsi ilə bağlı hər tərəfli işlər görülür. Bunlardan biri daşınmaz əmlakın qeydiyyatının səmərəsinin və əhaliyə verdiyi faydanın artırılması məqsədilə tətbiq olunan qabaqcadan qeydiyyat mexanizmidir".
Tədbir çərçivəsində daşınmaz əmlak bazarının, tikinti sektorunun daha da canlanmasını təmin edəcək qabaqcadan qeydiyyat mexanizminin üstünlüklərindən və faydalarından danışılıb. Qeyd edilib ki, qabaqcadan qeydiyyat - əmlakın tikintisinin hələ başa çatmadığı halda, müvafiq sənədlər əsasında həmin tiklinin qeydiyyata alınmasıdır. Qeyd edilib ki, daşınmaz əmlakı qabaqcadan qeydə aldırmanın bir sıra üstünlükləri var. Belə ki, qabaqcadan qeydiyyat bir mənzilin bir neçə şəxsə satılmasının qarşısının alınması üçün vacib mexanizmdir. Eyni zamanda qabaqcadan qeydiyyat bir sıra iqtisadi və hüquqi əməliyyatların həyata keçirilməsini təmin edir. Bundan sonra tikintisi başa çatmamış daşınmaz əmlakla bağlı ipoteka, bağışlanma, girov qoyma kimi prosesləri yerinə yetirmək mümkündür. Həmçinin mexanizm alınan mənzilin sahəsinin çox göstərilməsi kimi halların qarşısını alır. Satılan mənzilin və ya obyektin həcminin, sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada dəqiq hesablamasına imkan verir. Eyni zamanda qabaqcadan qeydiyyat vətəndaşın aldığı mənzilə görə ödədiyi məbləğin rəsmi hesablanmasını təmin edir, bu sahədə vergidən yayınma hallarını aradan qaldırılır. Bundan başqa mexanizmin tətbiqi vətəndaşlara ipoteka ilə mənzil sahibi olmaq imkanı yaradır.
O da qeyd edilib ki, prezident İlham Əliyevin ipoteka kreditlərinin verilməsi şərtlərinə dəyişiklik edilməsi ilə bağlı 4 aprel 2017-ci il tarixində imzaladığı fərman daşınmaz əmlakın qabaqcadan qeydiyyatının artmasına imkan verəcək. Belə ki, dəyişikliyə əsasən ipoteka krediti ilə təkcə qeydiyyatdan keçirilmiş evləri deyil, qabaqcadan qeydiyyata alınmış mənzilləri də almaq mümkün olacaq. Bu isə vətəndaşlarda, Mənzil Tikinti şirkətlərində qabaqcadan qeydiyyat mexanizminə marağı artıracaq.
Bildirilib ki, qabaqcadan qeydiyyatın aparılmasında məqsəd mənzillər üzərində fiziki və hüquqi şəxslərin hüquqlarının qabaqcadan qeydiyyata alınması yolu ilə onların mülkiyyət hüquqlarının qorunmasını, əldə etdikləri və ya inşa etdikləri əmlakdan səmərəli istifadə etməsini, onlara maneəsiz sahiblik etməsini təmin etməkdir. Bundan başqa alqı-satqı zamanı baş verə biləcək qanun pozuntularının aradan qaldırılması, bazarda leqal əmlakların sayının artırılması, vətəndaşların gələcəkdə daha operativ şəkildə çıxarışla təmin olunması da mexanizmin əsas vəzifələrindəndir.
Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi “Qabaqcadan qeydiyyatın üstünlükləri və təbliğatı” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, qabaqcadan qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən istənilən növ daşınmaz əmlakın tikintisinin yekunlaşmadığı halda həmin tiklinin qeydiyyata alınmasını mümkün edir. Mexanizm vasitəsilə bütün kateqoriyaya aid edilən əmlaklar qabaqcadan qeydiyyata alına bilər.
Qeyd edilib ki, mülkiyyət hüququnun adi qaydada qeydiyyatından fərqli olaraq, qabaqcadan qeydiyyat daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışla deyil, arayışla rəsmiləşdirilir. Vətəndaş tikintisinə icazə sənədlərini, plan cizgini və tələb olunan digər sənədləri təqdim etməklə əmlakının qabaqcadan qeydiyyatını apara bilərlər. Eyni zamanda tikinti şirkətləri də binanın inşası zamanı tikilən hər mənzili əvvəlcədən qeydiyyata aldıra bilərlər. Qabaqcadan qeydiyyatın məbləğinə gəlincə bildirilməlidir ki, vətəndaşın ödəyəcəyi məbləğ əmlakın sahəsinə, yerləşdiyi mövqeyə və digər parametrlərə görə dəyişir.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi qabaqcadan qeydiyyatla bağlı ictimaiyyət arasında təbliğat və maarifləndirmənin aparılması istiqamətində işlərini davam etdirəcək, qabaqcadan qeydiyyata həsr olunan mövzulara geniş yer verəcək.
Müştərilərin xəbərləri
“Burger King Azerbaijan” keçmiş əməkdaşlara əməkhaqqının ödənilməməsi ilə bağlı ittihamlara cavab verib - FOTO ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
15 d. əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
-
33 d. əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
-
45 d. əvvəl
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq ©
-
54 d. əvvəl
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
54 d. əvvəl
AzInTelecom “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakının mərkəzində yeni qadağa: avtomobillərin hərəkətinə məhdudiyyət artıq bütün günlər olacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
-
2 saat əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
2026-cı ilin sonuna 10 restoran, hədəfdə isə 40 obyekt
Bakının mərkəzində yeni qadağa: avtomobillərin hərəkətinə məhdudiyyət artıq bütün günlər olacaq
Ən çox oxunanlar
“Burger King Azerbaijan” keçmiş əməkdaşlara əməkhaqqının ödənilməməsi ilə bağlı ittihamlara cavab verib - FOTO ®
Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
Sentyabrın 29-da gözlənilən hava şəraiti
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb























