Azərbaycanda yeni brend altında süd məhsullarının satışı başlayacaq
“Viola” MDB ölkələrinə yeni brend altında süd məhsulları tədarük edəcək.Rusiyada fəaliyyət göstərən "Viola" şirkəti (keçmiş "Valio" MMC) Noyabr ayından etibarən MDB ölkələrinə, o cümlədən Azərbaycana yeni brend altında süd məhsullarının ixracına başlayacaq.
Marja xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
"Noyabr ayından, “Viola” şirkəti MDB ölkələri üçün xüsusi olaraq hazırlanmış yeni brendi - “Creamburg” brendi ilə yağların, pendirlərin, kəsmiklərin ixracına başlayacaq”, - deyə məlumatda bildirilir.
Ümumilikdə şirkət MDB ölkələrinə 20-dən çox çeşiddə məhsul tədarük etməyə başlayacaq. İlk yüklər Azərbaycan, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Özbəkistan və Tacikistana göndəriləcək. Gələcəkdə tədarük coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.
Finlandiyanın qida istehsalçısı "Valio" aprelin sonunda elan etmişdi ki, Ukraynaya hücum ilə əlaqədar olaraq Rusiya biznesini, o cümlədən "Viola" emal edilmiş pendir brendini Rusiyada kolbasa və digər ət məhsullarının əsas istehsalçısı olan "Velcom" qrupuna satır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























