Azərbaycanda ilk dəfə düyələrə uğurlu embrion transferi həyata keçirilib
Azərbaycanda ilk dəfə resipient düyələrə embrion köçürülməsi həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, uğurlu köçürmə əməliyyatı Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzində baş tutub.
Xüsusi olaraq bu məqsəd üçün Mərkəzə gətirilmiş 40 baş “Simmental” cinsindən olan düyələrdən 27-si embrion köçürülməsi üçün uyğun sayılıb. Hazırlıq prosesi tam yekunlaşdırdan sonra yerli və xarici mütəxəssislərin iştirakı ilə 35 düyəyə embrion köçürülməsi həyata keçirilib.
Embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Embrion transferi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilsə də, ölkəmizdə praktik olaraq tətbiq olunmayıb. Buna səbəb transfer üsulunun baha olması və südlük istiqamətli fermaların azlığı idi. Artıq belə fermaların sayının artması ilə respublikada embrion transferinə tələb formalaşıb.
Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürəhmanovun sözlərinə görə, embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur: “Embrion transferi prosesini həyata keçirəcək 5 mütəxəssisimiz Almaniyada müvafiq kurslarda iştirak ediblər. Daha 5 yerli əməkdaşa isə Respublika Süni Mayalanma Mərkəzinə dəvət olunmuş alman mütəxəssis tərəfindən təlimlər keçirilib. Embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası başqa ölkələrdən damazlıq heyvan idxalından daha asan və ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanları ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayını dəfələrlə artırır”.
Respublika Süni Mayalanma Mərkəzi embrion transferi təcrübəsini Qarabağ atları üzərində də təcrübə etməyə hazırlaşır.
Qeyd edək ki, 2023-cü ildən başlayaraq yerli süni mayalanma texnikləri və baytarlar embrion köçürülməsi ilə bağlı təlimləRə cəlb olunacaq. Təlimlərdə mütəxəssislərə embrion köçürülmüş heyvanlara qulluq, dölün inkişafını nəzarətdə saxlamaq, heyvandarlıqda müasir innovativ texnologiyaların tətbiqi üsulları öyrədiləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
1 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
-
2 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
3 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
3 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
3 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
3 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Ən çox oxunanlar
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®



























