Sürücülərə tövsiyə: Avtomobilinizi satarkən icbari sığorta müqavilənizə xitam verin
Bir çox hallarda etibarnamə ilə avtomobillərini satan vətəndaşlar satdığı avtonəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan mülki məsuliyyətinin icbari sığortası müqaviləsinə xitam vermir, bu isə onlar üçün gələcəkdə icbari sığorta ilə bağlı arzuolunmaz vəziyyətin yaranmasına gətirib çıxara bilir.
Belə ki, avtomobilin yeni sahibinin müqavilə müddəti ərzində həmin avtomobillə səbəb olduğu qəzalara görə Bonus-Malus sistemi çərçivəsində hesablanan Malus əmsalları (cərimələr) icbari sığorta müqaviləsi adına olduğundan avtomobilin keçmiş sahibinə yazılır, bu da onunla nəticələnir ki, sonuncu gələcəkdə başqa bir avtomobil alıb onunla bağlı icbari sığorta müqaviləsi bağlayarkən ona yazılmış həmin Malus əmsalları üzündən daha yüksək sığorta haqqı ödəməli olur. Misal üçün, əgər avtomobilin yeni sahibi ard-arda bir neçə yol-nəqliyyat hadisəsi törədərsə, nəticədə əvvəlki sahibin adına yazılacaq Malus əmsalı hətta ən yüksək cərimə sinfi olan 1-ə kimi çata bilər, bu isə gələcəkdə yeni icbari sığorta müqaviləsi bağlandığı zaman ödəniləcək sığorta haqqının üç dəfəyədək artmasına səbəb olacaq.
Bunu nəzərə alaraq, İcbari Sığorta Bürosu avtomobil sahiblərinə alqı-satqı zamanı satılan avtomobillə bağlı qüvvədə olan icbari sığorta müqaviləsinə xitam verməyi tövsiyə edir.
Müqaviləyə xitam vermə proseduru çox sadədir
Avtomobilinizi satdığınız zaman qüvvədə olan icbari sığorta müqavilənizə xitam vermək üçün vaxtilə həmin müqaviləni bağladığınız sığorta şirkətinə müraciət etməyiniz tələb olunur. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədlərlə sığorta şirkətinin ofisinə yaxınlaşıb müvafiq istəyinizi bildirmək yetərlidir. Bundan sonra sığorta şirkətinin əməkdaşları satdığınız avtonəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan və adınıza rəsmiləşdirilmiş icbari sığorta müqaviləsinə xitam verəcək. Beləliklə, siz satdığınız avtomobilin yeni sahibinin gələcəkdə törədə biləcəyi yol qəzalarına görə cərimə əmsallarından (Maluslardan) özünüzü qorumuş olursunuz.
Müqaviləyə xitam verərkən vaxtilə ödədiyiniz sığorta haqqının müəyyən hissəsini geri almış olursunuz
Avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı qüvvədə olan icbari sığorta müqaviləsinə xitam verməyin daha bir cəlbedici cəhəti odur ki, bu zaman vaxtilə ödədiyiniz sığorta haqqının müəyyən inzibati xərclər çıxıldıqdan sonra müqavilə müddətinin sonunadək olan dövr üzrə hissəsi sığorta şirkəti tərəfindən sizə qaytarılır. Yəni misal üçün, müqavilənizi müddətinin bitməsinə beş ay qalmış xitam edirsinizsə və ötən dövr ərzində hər hansı yol-nəqliyyat hadisəsinə səbəb olmamısınızsa, sığorta şirkəti həmin beş ay üzrə olan məbləği hesablayaraq oradan müqavilənin bağlanmasına çəkilən inzibati xərcləri çıxır və yerdə qalan hissəni sizə geri ödəyir. Bu isə bir sıra hallarda avtomobilin mühərrikinin həcmindən asılı olaraq heç də az məbləğ olmur. Lakin onu da bilmək lazımdır ki, müqavilənin əvvəlki dövrlərində sizin təqsiriniz üzündən baş vermiş yol-nəqliyyat hadisələri sizə geri qaytarılacaq məbləği əhəmiyyətli dərəcədə azalda, hətta heçə endirə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
7 d. əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
13 d. əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 16 d. əvvəl
-
54 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
1 saat əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
Sentyabrın 29-da gözlənilən hava şəraiti
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Ən çox oxunanlar
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı























