Azərbaycanlı gənc tədqiqatçısı Böyük Britaniya universitetindən ən yüksək göstərici ilə məzun oldu
UNEC Empirik Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Nicat Muradzadə dünyanın ən nüfuzlu 100 ali təhsil müəssisəsi sırasında yer alan Böyük Britaniyanın Qlazqo Universitetinin “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə magistratura dərəcəsini ən yüksək göstərici ilə bitirib.
Bu barədə Marja-ya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.
Qeyd edilib ki. N.Muradzadə ali təhsil aldığı müddətdə, universitetin üstün müvəffəqiyyət təqaüdü olan “Kansler təqaüdü”nə layiq görülmüşdü. Yazdığı kurs işləri və dissertasiyası isə nümunəvi elmi əsər kimi universitet kitabxanasında saxlanılır. Nicat Muradzadə bundan öncə Türkiyənin İstanbul Universitetinin “Biznes və idarəetmə” ixtisası üzrə bakalavr dərəcəsini ilk üçlükdə tamamlamışdı. O, bir kitabın, 4 elmi məqalənin, 2 konfrans materialının, bir neçə praktiki tövsiyənin, azərbaycan və ingilis dillərində yerli və xarici mətbuatda dərc olunmuş çoxsaylı elmi-publisistik məqalələrin müəllifidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
42 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























