"Mərkəzi Bankın sədri ilə KOB-ları maliyyələşdirmə alətlərinin təkmilləşdirilməsi yollarını müzakirə etdik"
Ötən həftə Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Boumanın Azərbaycan Mərkəzi Bankı ilə görüşü olub.
Mark Bouman bildirib ki,kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirmə alətlərinin təkmilləşdirilməsi yolları müzakirə edilib:
"Mərkəzi Bankın yeni sədri ilə görüşümüz zamanı biz Azərbaycanın cari iqtisadi və bank mənzərəsini araşdırdıq və diqqəti kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirmə alətlərinin təkmilləşdirilməsi yollarının axtarılmasına yönəltdik.
Müzakirə etdiyimiz təşəbbüslərdən biri yerli KOB-lara kredit reytinqləri əldə etməkdə kömək etmək üçün Daxili Kredit Reytinq Agentliyinin yaradılması potensialı idi. Biz həmçinin, ehtiyac olarsa, Ekoloji, Sosial və İdarəetmə (ESG) sahələrində təlim və əlavə yardım göstərməklə Mərkəzi Banka öz dəstəyimizi təklif etdik.
Biz 2023-cü il və ondan sonrakı müddətdə Azərbaycanın bank sektorunun sabitliyini və dayanıqlığını gücləndirmək istiqamətində işi davam etdirməyə sadiqik".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























