Azərbaycanın xarici ticarətinin müsbət saldosu 4,5 dəfə azalıb - İXRAC AZALIB, İDXAL ARTIB
2023-cü ilin Yanavar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3 milyard 289 milyon 529 min ABŞ dolları təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac əməliyyatları 1 milyard 876 milyon 84 min ABŞ dolları, idxal əməliyyatları üzrə 1 milyard 412 milyon 687 min ABŞ dolları təşkil edib.
Xarici ticarətdə saldo müsbət 464 milyon 156 min ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 4 milyard 61 milyoyn 547 min ABŞ dolları, o cümlədən ixrac əməliyyatları 3 milyard 86 milyon 682 min ABŞ dolları, idxal əməliyyatları 974 milyon 865 min ABŞ dolları, saldo 2 milyard 111 milyon 817 min ABŞ dolları təşkil etmişdi.
Azərbaycanın xarici ticarətində profisit (müsbət saldo) 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında 4,5 dəfə az olub. Saldonun kəskin azalması ixracın düşməsi, idxalın isə artması ilə əlaqədardır.
Xarici ticarət dövriyyəsi 19 %, ixrac 39,2 % azalıb, idxal isə 44,9 % artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
8 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
8 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
9 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
11 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
11 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
11 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®






















