Ruslar arasında yaz üçün ən populyar turizm yerləri məlum olub
Rusiyalılar 2023-cü ilin yazında ən çox Soçi və İstanbula səfər etmək istəyirlər.
Marja.az xəbər verir ki, bu, "OneTwoTrip" xidmətinin araşdırmasından məlum olur. Mütəxəssislər martın 1-dən mayın 31-dək rusların axtarış sorğularını təhlil ediblər.
Rusların bu yaz səfər istədikləri ən populyar şəhər Soçi olub - aviabilet axtarışlarının ümumi həcminin 17,8 faizi. Soçidə üçulduzlu oteldə gecələmək ən azı 1,5 min rubla başa gəlir.
İkinci yerdə 14,9 faizlə Moskvadır. Bir otel otağı gündəlik ən azı 1,7 min rubla başa gəlir. Üçüncü yeri 12,2 faizlə Sankt-Peterburq tutub, burada gündə təxminən 1,6 min rubla otel tapmaq olar.
Həmçinin, Rusiyanın ən yaxşı istiqamətləri sırasına Mineralnıye Vodı (5,6 faiz, oteldə gecələmə 1,8 min rubldan), Kalininqrad (5,4 faiz, 2,6 min rubldan), Mahaçqala (3,4 faiz, 2,5 min rubldan), Kazan (3,3 faiz, 2,9 min rubldan), Yekaterinburq (2,4 faiz, 1,8 min rubldan), Ufa (2,1 faiz, 2 min rubldan) və Novosibirsk (1,9 faiz, 1,7 min rubldan) daxildir.
Xarici istiqamətlər arasında ən populyarı İstanbul olub - axtarış sorğularının 8,8 faizini təşkil edir. Orada üçulduzlu oteldə bir gecənin qiyməti 2,1 min rubldan başlayır.
İrəvan 7,4 faizlə ikincidir, oteldə bir günün qiyməti təxminən 2,7 min rubldan başlayır. Üçüncü yeri Dubay tutub - 5,9 faiz və oteldə gecələmək üçün qiymətlər 3,1 min rubldan başlayır.
İlk beşliyi Taylandın Phuket adası (5,5 faiz, 1,6 min rubl) və Banqkok (5,2 faiz, 1 min rubl) bağlayır.
Bu ilin mart-may aylarında digər xarici şəhərlər də ruslar arasında tələbat görür: Antalya (4,3 faiz, oteldə gündəlik 2,5 min rubldan), Daşkənd (4,0 faiz, 3,7 min rubldan), Bakı (3,6 faiz, oteldə günlük qiymət 1,7 min rubldan), Tel-Əviv (2,5 faiz, 7,5 min rubldan) və Kolombo (2,3 faiz, 1,3 min rubldan).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























