"40,6 milyard dollar ehtiyatımız var, Manat da sabitləşib"
2017-ci ilin ilk 6 ayı ərzində Azərbaycanın qeyri-neft iqtisadiyyatı 1,7%, qeyri-neft sənayesi isə 4,4% artıb. Ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub.
"Marja" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“Hazırda artan valyuta ehtiyatlarımız 40,6 milyard dollar təşkil edir. Bu ilin yanvar-iyun ayları ərzində 122 min yeni iş yeri açılıb, onlardan 101 mini daimidir. Birinci yarımildə ixrac 36% artıb, idxal 15% azalıb, müsbət saldo 1,9 milyard dollar təşkil edir”,- dövlətimizin başçısı bildirib.
Prezident qeyd edib ki, mövcud iqtisadi sabitlik qorunub-saxlanmalı, istehlak qiymətlərinə daim nəzarət olunmalı, süni qiymət artımına imkan verilməməlidir.
İlham Əliyev, makro-iqtisadi sabitliyin təmin olunduğunu, manatın məzənnəsinin sabitləşdiyini, təlabatın daha çox yerli istehsal hesabına ödənildiyini də deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
51 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























