“Flynas” Bakıya uçuşları bərpa edir
Səudiyyə Ərəbistanının aşağı büdcəli aviaşirkəti “Flynas” Bakıya mövsümi uçuşları bərpa edəcək.
Bu barədə xarici mətbuat xəbər verir.
Məlumata görə, aviaşirkət Azərbaycanla yanaşı, əvvəllər mövsümi uçuşlar həyata keçirdiyi Praqa (Çexiya), Vyana, Salzburq (Avstriya), Tbilisi, Batumi (Gürcüstan), Sarayevo (Bosniya), Hurqada, Şarm Əl-Şeyx (Misir), Trabzon, Bodrum (Türkiyə) və Salalaha (Oman) istiqamətində də aviareyslər yerinə yetirəcək.
Bundan başqa, "Flynas” bu yay mövsümündə 10 yeni istiqamət üzrə uçuşlara başlayacaq. Söhbət paytaxt Ər-Riyaddan Maldiv adaları, İrəvan (Ermənistan), Antalya (Türkiyə), Tivat (Monteneqro), eləcə də Dammamdan Salalah (Oman), İstanbul, Trabzon (Türkiyə) və Tivat (Monteneqro), Ciddədən isə Salalah (Oman) və Bodrum (Türkiyə) istiqamətində həyata keçiriləcək aviareyslərdən gedir.
“Şəbəkənin genişləndirilməsi və yeni istiqamətlərin əlavə edilməsi "Biz dünyanı krallığa bağlayırıq" təşəbbüsümüzün bir hissəsi, Yaxın Şərqin ən yaxşı aşağı büdcəli aviaşirkəti, dünya miqyasında öz kateqoriyasının ən yaxşı 10 aviaşirkətindən biri kimi lider mövqeyimizi möhkəmləndirmək istəyinin göstəricisidir", - deyə “Flynas”ın baş direktoru Bander Almohanna bildirib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 12 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















