Çində inflyasiya fevralda 1%-ə çatıb
Çinin dövlət statistika idarəsinin cümə axşamı günü verdiyi məlumata görə, inflyasiyanın əsas göstəricisi olan istehlak qiymətləri indeksi (CPI) 2023-cü ilin fevral ayında illik müqayisədə (2022-ci ilin fevral ayı ilə müqayisədə) 1% artıb.
Marja xəbər verir ki, şəhər və kənd yerlərində qiymətlər fevral ayında illik müqayisədə 1% artıb. Ərzaq məhsulları 2,6 faiz, qeyri-ərzaq məhsulları 0,6 faiz, istehlak məhsulları 1,2 faiz, xidmətlər 0,6 faiz bahalaşıb.
Fevralda təzə meyvələrin qiyməti illik müqayisədə 8,5%, tərəvəz məhsullarının qiyməti 3,8%, yumurtanın qiyməti 7,8%, su məhsulları 1,5%, ətin qiyməti 1,9%, o cümlədən donuz ətinin qiyməti bahalaşıb 3,9% bahalaşıb.
Fevralda ötən ilin müvafiq dövrü ilə müqayisədə səhiyyə xidmətləri 1 faiz, təhsil və mədəniyyət-əyləncə tədbirlərinin qiymətləri 1,2 faiz, nəqliyyat və rabitə xidmətlərinin qiymətləri 0,1 faiz bahalaşıb, mənzillərin qiymətləri 0,1 faiz ucuzlaşıb. .
Çində istehsalçı qiymətləri indeksi fevral ayında illik müqayisədə 1,4% azalıb.
Ölkənin inkişafı ilə bağlı əvvəllər açıqlanan sosial-iqtisadi plandan belə çıxır ki, 2023-cü ildə Çində inflyasiyanın təxminən 3% olacağı gözlənilir. 2022-ci ilin sonunda Çində inflyasiya 2% təşkil edib, baxmayaraq ki, rəsmilər təxminən 3%-lik inflyasiya gözləyirdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















