"Ölkənin bank sektorundakı vəziyyət 2008-ci ildəki böhranın təkrarı deyil"
ABŞ-ın bank sektorunda mövcud vəziyyət 2008-ci il maliyyə böhranının təkrarı deyil.
Marja xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
"Ümumiyyətlə, bank sistemi xeyli stabildir, maliyyə böhranından əvvəlkindən daha möhkəm təməl üzərində dayanır. Yenə deyirəm: bu, 2008-ci il deyil", - Amerika liderinin rəsmi nümayəndəsi bildirib.
Martın 10-da Kaliforniya ştatının tənzimləyiciləri ABŞ-ın iyirmi ən böyük kommersiya bankından biri olan Silikon Vadisi Bankını bağlayıblar. Bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank iflasıdır. SVB-nin müflisləşməsi ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artması ilə əlaqələndirilir və bu, bir çox maliyyə institutlarının balansındakı aktivlərin dəyərdən düşməsinə (pisləşməsinə) səbəb olub. Bundan əlavə, hakimiyyət sistemli risklərə görə böyük "New York Signature Bank"ı bağlayıb.
Bazar ertəsi səhər SVB ətrafında yaranmış vəziyyətlə əlaqədar ABŞ prezidenti Co Bayden televiziya ilə çıxış edərək, amerikalı vergi ödəyicilərinin və əmanətçilərin itkilərə məruz qalmayacağına əminliyini ifadə edib.
Bayden, investorların deyil, adi əmanətçilərin bütün vəsaitlərini alacaqlarına söz verib. Bununla yanaşı, ABŞ Prezidenti bu bankların rəhbərliyinin də işdən çıxarılacağını vurğulayıb.
"Bu banklarda əmanətləri olan bütün müştərilər sakit ola bilərlər: onlar qorunacaqlar. Və bu gündən etibarən pullarına çıxış əldə edəcəklər. Vergi ödəyicilərinin heç bir itkisi olmayacaq”, - deyə prezident bildirib.
"İkincisi, bu bankların rəhbərliyi işdən çıxarılacaq. Əgər bank Federal Əmanətlərin Sığortalanması Korporasiyasının nəzarətinə keçərsə, o zaman onu idarə edən şəxslər daha orada işləməməlidir. Üçüncüsü, bu bankların investorları müdafiə olunmayacaq. Onlar bunu dərk edərək risk ediblər. Risk baş verəndə investorlar pullarını itirirlər. Kapitalizm belə işləyir”, - Bayden bildirib.
“Bu bankların ilk növbədə indiki vəziyyətə necə düşməsi ilə bağlı mühüm suallar var. Biz nə baş verdiyi və niyə baş verdiyi barədə tam məlumat almalıyıq. Günahkarlar cavab verməlidir", - prezident deyib.
ABŞ administrasiyası Silicon Valley Bank (SVB) və Signature Bank-ın iflası fonunda ABŞ bank sistemi üçün daha sərt tənzimləmələr tətbiq etmək niyyətindədir. Bunu bazar ertəsi prezident Co Bayden bəyan edib.
"Mən Konqresdən və bank tənzimləyicilərindən banklarla bağlı qaydaları sərtləşdirməyi və bu cür bank uğursuzluğunun təkrarlanma riskini azaltmağı xahiş edəcəyəm. Həm də Amerika iş yerlərini və kiçik bizneslərini qorumaq üçün" , -o, Ağ Evdə çıxış edərkən deyib.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 6 saat sonra
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
12 saat əvvəl
Samuxda təhlükəli xəstəlik şübhəsi - Təsərrüfata giriş-çıxış məhdudlaşdırıldı
-
13 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
14 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti




















