"Anadolu Efes" Rusiyada alış xəbərini təkzib edib
Anadolu Efes Rusiya mətbuatında yer alan satın alma xəbərini təkzib edib."Anadolu Efes" şirkəti "Carlsberg" şirkətinin Rusiyada 8 zavodunu alacağı barədə xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
Marja Reuters-ə istinadən xəbər verir ki, şirkətdən verilən açıqlamada, "Anadolu Efes" şirkətinin Rusiyada "Carlsberg"in 8 zavodunu alacağı barədə xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.
Rusiya mətbuatında “Anadolu Efes”in “Carlsberg”in Rusiyadakı 8 zavodunu almaq üçün razılığa gəldiyi iddia edilib.
Rusiyanın “Vedomosti” qəzetində yer alan xəbərə görə, satışın 2023-cü ilin ilk yarısında tamamlanmasının gözlənildiyi bildirilib.
Rusiyada geniş şəkildə fəaliyyət göstərən "Carlsberg", keçən il Rusiyanın Ukraynaya hücumundan sonra Rusiyadakı törəmə şirkətini satacaqlarını və bununla əlaqədar 9,9 milyard Danimarka kronu zərər gözlədiklərini açıqlamışdı.
Şirkətin İdarə Heyətinin sədri Henrik Poulsen bazar ertəsi verdiyi açıqlamada potensial alıcı şirkətlərin sayını 10-dan aşağı saldıqlarını və ilin ilk yarısı başa çatmamış bir razılaşma gözlədiklərini söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
11 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
12 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 14 saat əvvəl
-
14 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























