Kanadadakı quraqlıq ilə əlaqədar taxıl qıtlığı barədə xəbərdarlıq edildi
Kanadada yağıntısız hava taxıl istehsalının azalmasına və beynəlxalq taxıl bazarında ciddi qıtlığa səbəb ola bilər.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Bloomberg məlumat yayıb.
Agentlik Kanadanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına istinadən bildirir ki, ilin əvvəli ölkədə son 45 ildə ikinci ən quraqlıq dövr olub və ölkənin mühüm kənd təsərrüfatı əyalətlərində 1 sentyabr 2022-ci ildən bəri normadan 60% az yağıntı qeydə alınıb.
Kanada dünyanın ən böyük kolza (kanola) tədarükçüsü və əsas buğda ixracatçısıdır. Quraqlığın başlaması həm yaz əkininə, həm də məhsulun daha da böyüməsinə mane ola bilər. Vəziyyət Qara dəniz regionundan buğda ixracı ilə bağlı davam edən qeyri-müəyyənlik, eləcə də ABŞ-ın bəzi regionlarında istehsalın azalmasına səbəb ola biləcək quraq hava şəraiti ilə çətinləşir.
Ukraynadakı vəziyyət, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi irimiqyaslı sanksiyalar taxıl tədarükündə fasilələrə səbəb olub ki, bu da bəzi ölkələrdə ərzaq böhranı riskini artırır. İlin əvvəlindən dünya bazarında buğda və qarğıdalının qiyməti xeyli artıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl bəyan etmişdi ki, dünyada ərzaq böhranı Ukraynada müharibə başlamazdan çox əvvəl yaranıb, o cümlədən pandemiya və Qərb ölkələrinin yanlış hesablamaları ilə əlaqədardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
11 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
12 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 13 saat əvvəl
-
14 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























