Forbes dollar dövrünün bitməsinin əlamətlərini sadalayıb
"Dollar dünya səhnəsində tədricən öz yerini itirir: Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra ölkələr ABŞ valyutasından neft, qaz və digər əmtələrin ticarətində istifadəni azaldırlar".
Marja xəbər verir ki, bunu Forbes-in köşə yazarı Devid Blekmon yazır.
Jurnalist son vaxtlar bağlanan bir neçə beynəlxalq sövdələşməyə diqqət çəkib.
O xatırladıb ki, martın 8-də “Reuters” agentliyi “Hindistanlı alıcılar neftin dəyərinin böyük hissəsini Rusiya Rubli rublu və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi də daxil olmaqla qeyri-dollar valyutalar ilə ödəyir” xəbərini yayıb. Martın 28-də getdikcə daha güclü olan BRİCS alyansının iki üzvü olan Braziliya və Çin bütün gələcək ticarəti öz valyutalarında aparmaq üçün müqavilələr imzalayacaqlarını elan ediblər. Müşahidəçi qeyd edib ki, Çin Braziliyanın ən böyük ticarət tərəfdaşlarından biri hesab olunur.
Martın 29-da Ər-Riyad, oxşar Qərb təşkilatları ilə rəqabət aparmaq məqsədi daşıyan, Çinin rəhbərlik etdiyi iqtisadi, siyasi və təhlükəsizlik qrupu olan Şanxay Əməkdaşlıq Təşkilatı ilə “dialoq tərəfdaşı” olmağa razılaşdığını bildirib.
“Səudiyyə Ərəbistanı ilə Çin arasında əlaqələr möhkəmlənməkdə davam edir, bunun bariz nümunəsi Ər-Riyad və Tehran arasında Pekinin vasitəçiliyi ilə əldə edilmiş diplomatik münasibətlərin bərpasıdır”, - Blekmon əlavə edib.
Bundan əlavə, martın sonunda Fransanın neft nəhəngi Total Energies ödəniş valyutası kimi Çin yuanından istifadə etməklə Çinin CNOOC şirkətindən mayeləşdirilmiş təbii qazın (LNG) ilk partiyasını aldığını elan edib. Jurnalist hesab edir ki, son bir neçə ay ərzində bağlanmış bu və digər razılaşmalar dolların tədricən öz təsirini itirə biləcəyi ilə bağlı fərziyyələri gücləndirir.
Jurnalistin fikrincə, təkcə Ukrayna münaqişəsi deyil, həm də Çinin geosiyasi güc və ABŞ-ın beynəlxalq dominantlığına alternativ kimi yüksəlişinin davam etməsi, həmçinin BRİCS alyansının təsirinin artması və onun genişlənmə planları dollar üzərində təzyiqlərin artmasına səbəb olub.
"Bütün bu amillər ABŞ-ın və onun valyutasının beynəlxalq münasibətlərdə təsirinin azalmasına səbəb ola bilər. Baxmayaraq ki, bu gün təsiri bir qədər azalmış neft dolları hələ də xam neft və neft məhsulları ilə əməliyyatlar üçün əsas valyuta olaraq qalır, onun Qlobal ticarətin və qlobal ittifaqların tədricən yenidən təşkili vəziyyəti dəyişdirməyə davam edəcək”, - deyə Blekmon yekunlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
11 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
12 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 13 saat əvvəl
-
14 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























