Neftin ucuzlaşması sürətlənib
ICE London birjasında Brent markalı neftin qiyməti bu il martın 31-dən bəri ilk dəfə olaraq 80 dollar/bareldən aşağı düşüb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 18:00-a olan məlumata görə, Brent markalı neftin qiyməti 2,2% azalaraq bir barel üçün 78,97 dollara qədər geriləyib.
Qlobal bazarlar dünyanın ən böyük iqtisadiyyatında (ABŞ) tənəzzül qorxusunu artıran zəif statistik məlumatları nəzərə alır. Bu səbəbdən neft qiymətləri düşür.
ABŞ-da tənəzzül baş verərsə neftə təlabatın azalacağı gözlənilir.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya daxil istehsalçı müttəfiqlər (OPEC+) aprelin əvvəlində ilin sonuna qədər hasilatın əlavə azaldılmasını elan etdikdən sonra neft qiymətləri artmışdı. Artıq bütün qiymət artımı silinib.
Gələcəklə dair narahatlıqların artması və bu il iqtisadiyyatın tənəzzülə düşmə riskini artıran ABŞ istehlakçı inamı aprel ayında doqquz ayın ən aşağı səviyyəsinə düşüb.Bu məlumatlar ABŞ iqtisadiyyatının tənəzzülə yaxınlaşdığına dair iddialara inam əlavə edib.
İnvestorlar, inflyasiya ilə mübarizə aparan mərkəzi bankların faiz artırmalarının ABŞ, Böyük Britaniya və Avropa İttifaqında iqtisadi artımı ləngidə və enerji tələbatını azalda biləcəyindən narahat dırlar.
ABŞ Federal Ehtiyat Sistemi (FED), İngiltərə Mərkəzi Bankı (BoE) və Avropa Mərkəzi Bankının (ECB) gələcək iclaslarında uçot dərəcəsini artıracağı gözlənilir. FED mayın 2-3-də iclas keçirəcək. FED-in bu dəfə də faiz artıracağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















