Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“MAX” istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi, ticarəti başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“MAX” istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi, ticarəti başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

23 may 2023-cü il tarixində Bakı Fond Birjasında “MAX” MMC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.

Birjanın yaydığı məlumata görə, ümumi dəyəri 500 min manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.

Reklam_3_11

Açılış mərasimində emitent tərəfindən “MAX” MMC, birja üzvü tərəfindən “Unicapital İnvestisiya Şirkəti” QSC və BFB-nin nümayəndələri iştirak ediblər.

BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, “MAX” MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.

Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılıb.

Açılış Zəngi max istiqraz
23.05.2023 12:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar