Azərbaycanın investisiya şirkəti iri bankda pay alıb
"ABB-İnvest İnvestisiya Şirkəti" "Kapital Bank"dan pay alıb."Kapital Bank" ASC bu il yanvarın 1-nə adi və imtiyazlı səhmdarlarının pay bölgüsünü açıqlayıb.
Bu barədə Bankın illik idarəetmə hesabatında bildirilir.
Sənədə əsasən, ötən il "Kapital Bank"ın səhmlərinin sahibi olan hüquqi şəxslərin sayı 1-dən 2-yə çatıb. Yeni səhmdar "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir. Maliyyə qurumu 60 ədəd adi və 732 ədəd imtiyazlı səhm alaraq Bankın səhmdarlarının sırasına qoşulub. Onun kredit təşkilatının nizamnamə kapitalındakı payı cəmi 0,02 %-dir və bu pay fiziki şəxslərdən alınıb.
"Kapital Bank"ın əsas səhmdarı yenə də "PAŞA Holdinq" MMC-dir. Holdinq birbaşa Bankın 16 614 205 ədəd adi səhminin 16 593 164-nə, 4 842 615 ədəd imtiyazlı səhminin isə 804 254-nə sahibdir. Beləliklə, onun kredit təşkilatındakı payı 81,08 %-dir.
Bundan başqa, "PAŞA Holdinq"ə daxil olan "PAŞA Həyat Sığorta" ASC "Kapital Bank"ın 807 102 ədəd, "PAŞA Sığorta" ASC isə 1 614 205 ədəd imtiyazlı səhminə malikdir. Beləliklə, onların Bankdakı payı müvafiq olaraq 3,76 % və 7,52 %-dir.
Eyni zamanda, holdinqə yaxın sayılan "Bless" və "Reveri" MMC-lər də hər biri "Kapital Bank"ın 604 750 ədəd imtiyazlı səhminə sahibdir. Beləliklə, onların hər birinin Bankdakı payı 2,82 %-dir.
Fiziki şəxslərə gəlincə isə, onlar, "Kapital Bank"ın 20 981 ədəd adi və 406 822 ədəd imtiyazlı səhmə malikdir. Beləliklə, sadə vətəndaşların Bankdakı payı 1,98%-dir.
Son 1 ildə "Kapital Bank"ın adi səhmdarlarının sayı 8 vahid və yaxud 4,15 % artaraq 201-ə çatıb. O cümlədən, Bankın adi səhmlərinin sahibləri olan fiziki şəxslərin sayı 7 nəfər və yaxud 3,65 % artaraq 199-a yüksəlib. Bankın imtiyazlı səhmdarlarının sayı isə dəyişməyərək 77 qalıb. Bunlardan 6-sı hüquqi şəxs, 71-i isə fiziki şəxsdir.
Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUSbank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 12,39 manat olan 21 456 820 səhm əsasında formalaşıb.
© "Report"
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
24 d. əvvəl
Quba-Xəzəryanı zonasında neft-qaz ehtiyatlarının dəqiq həcmi müəyyənləşdiriləcək
-
-
32 d. əvvəl
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
-
50 d. əvvəl
Nazirlik “SpaceXAI” ilə razılaşdı – Grok Azərbaycanın dövlət xidmətlərinə gəlir
-
1 saat əvvəl
Avropa Bankının istiqrazları üzrə son kupon və nominal ödənişləri həyata keçiriləcək
-
1 saat əvvəl
Sabahdan 20 min manatdan yuxarı elektron köçürmələr izlənəcək
-
2 saat əvvəl
Xəzərdə nəhəng enerji layihəsi: “Abşeron”a 4,2 milyard dollar yatırılacaq
-
2 saat əvvəl
“Made in Azerbaijan” üçün yeni əməkdaşlıq memorandumu imzalandı
-
3 saat əvvəl
Rəqəmsal biznesə güzəştlərin qaydası dəyişir – ixrac edən daha çox dəstək alacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Avropa Bankının istiqrazları üzrə son kupon və nominal ödənişləri həyata keçiriləcək
“Made in Azerbaijan” üçün yeni əməkdaşlıq memorandumu imzalandı
Ən çox oxunanlar
Oktyabrın 1-də gözlənilən hava şəraiti
Prezident geri qaytardı, layihə təkmilləşdirildi, yenidən parlamentə təqdim edildi - vergi güzəştləri gündəmdə
PalmPay artıq “Bazarstore”da!
Azərbaycanda daha bir şirkət ləğv olunur – böyük şirkətə birləşir

























