Avropa iqtisadiyyatının "mühərriki "olan Almaniya tənəzzülə daxil olub
Almaniyanın 2023-cü ilin birinci rübü üçün ümumi daxili məhsul (ÜDM) məlumatı 0,3% azalma ilə dəyişdirilib. Əvvəlki rəqəm ölkə iqtisadiyyatının ÜDM-ində dəyişiklik olmadığı barədə idi.
Marja xəbər verir ki, birinci rübdə qeydə alınan rüblük müqayisədə 0,3% azalma ilə ölkə iqtisadiyyatı tənəzzülə daxil olub. 2022-ci ilin son rübündə Almaniya iqtisadiyyatı rüblük müqayisədə 0,5% azalmışdı.
İqtisadiyyatın kiçilməsinə dövlət xərclərinin azalması və inflyasiyanın istehlakçılara mənfi təsiri nəticəsində ev təsərrüfatlarının xərclərinin azalması səbəb olmuşdur.
Son sorğular da iqtisadi mənzərənin pisləşməsinə işarə edir. Ifo gözlənti göstəricisi may ayında 91,7-dən 88,6-ya düşüb.
Avropa Mərkəzi Bankının faiz artırması da qitənin ən böyük iqtisadiyyatına mənfi təsir göstərir. Bank inflyasiyanı 2 faiz hədəfə çatdırmaq üçün iyul ayından bəri faiz dərəcələrini 3,75 faiz bənd artırsa da, rəsmilər artımların hələ bitmədiyini vurğulayır.
Ənənəvi olaraq makroiqtisadiyyatda tənəzzül, real ümumi daxili məhsulun iki və ya daha çox rüblük dövrdə ardıcıl olaraq azalma (mənfi) göstərdiyi bir vəziyyətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
10 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
11 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 13 saat əvvəl
-
13 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























