Nobel Energy və Energetika Nazirliyi 400 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisinə dair Memorandum imzalayıb
(®) Nobel Energy (NEQSOL Holding-in bir hissəsi) və Azərbaycanın Energetika Nazirliyi Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə, istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracına və qismən də yerli istifadəsinə dair Anlaşma Memorandumu imzalayıb.
Bu əməkdaşlıq dayanıqlı enerji həllərinin inkişaf etdirilməsi və ətraf mühitə nəzarətin təşviqi baxımından mühüm hadisədir.
Anlaşma Memorandumu 3 iyun tarixində Naxçıvan şəhərində “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda keçirilən xüsusi tədbirdə Azərbaycan Respublikasının Energetika Nazirinin Müavini cənab Elnur Soltanov və Nobel Energy şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli tərəfindən imzalanıb.
Naxçıvanda yerləşəcək günəş elektrik stansiyasının tikintisi hökumətin ölkə ərazisində “yaşıl enerji zonaları” yaratmaqla təmiz enerjinin təşviqi və karbon emissiyasının azaldılması istiqamətində sistemli səylərinin bir hissəsi kimi həyata keçiriləcək.
Memorandum iqtisadi artımı və davamlı inkişafı təmin etmək üçün bərpa olunan enerji potensialından istifadəyə dair ortaq öhdəliyi əks etdirir. Günəş elektrik stansiyası təmiz və etibarlı elektrik enerjisi istehsal etmək üçün qabaqcıl günəş texnologiyasından istifadə edəcək. Layihə regionun zəngin günəş enerjisi resurslarından istifadə etməklə Türkiyənin milli elektrik şəbəkəsinə, eləcə də yerli enerji təchizatına töhfə vermək məqsədi daşıyır.
Vüqar Səmədli deyib: “Bu anlaşma bütün maraqlı tərəflərə əlverişli və etibarlı enerji əldə etməyə, həmçinin ətraf mühitə təsirləri azaltmağa kömək edəcək həllərin bir hissəsi olmağa dair transformasiya strategiyamıza uyğundur. Bu, bərpa olunan enerji potensialından istifadə etməklə iqtisadi artımı və davamlı inkişafı dəstəkləmək üçün hökumətlə birgə öhdəliyimizi əks etdirir.
Biz dayanıqlı inkişafı dəstəkləmək, yeni imkanlar yaratmaq və davamlı müsbət təsirlər göstərmək üçün növbəti addımları səbirsizliklə gözləyirik. Bu sahə böyük potensiala malikdir və biz bu transformasiya yolunda birgə addımlamağı əminliklə gözləyirik. Bu mühüm layihənin həyata keçirilməsi üçün göstərdiyi etimada və yaratdığı imkana görə hökumətə təşəkkürümü bildirirəm”.
Bu anlaşma daha yaşıl və daha dayanıqlı gələcəyə doğru atılmış mühüm addımdır. Nobel Energy ölkədə daha yaşıl gələcəyin qurulması istiqamətində ümumi enerji keçidinə töhfə verəcək bu imkanı böyük məmnunluqla qarşılayır. Bu anlaşma dünyanın dəyişən enerji ehtiyaclarını ödəmək üçün həllər təqdim edən transformasiya strategiyamıza tam uyğundur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















