"Brand Credit BOKT" kiçilib, gəlirləri və mənfəəti azalıb
"Brand Credit BOKT" MMC 2022-ci ili 384 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 575 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Brand Credit BOKT"ın xalis mənfəəti 33,2% azalıb. Xalis mənfəətin azalması kredit portfelinin və faiz gəlirlərinin azalmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Brand Credit"in faiz gəlirləri 2021-ci ildə 2 milyon 145 min manat ikən, 2022-ci ildə 1 milyon 670 min manata düşüb.
Ötən il "Brand Credit"in kredit portfeli 5,1% azalaraq 3 milyon 954 min manata geriləyib. 2021-ci ilin sonunda Təşkilatın kredit portfeli 4 milyon 168 min manata çatmışdı.
Qeyd edək ki, "Brand Credit BOKT" MMC-nin payçıları Vəliyeva Yeganə Nəriman qızı (74,90%), Hüseynov Əli Abdülhüseyn oğlu (22,26%), Vəliyeva Şəbnəm Rafiq qızıdır (2,84%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
11 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
13 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 14 saat əvvəl
-
14 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























