Qana yenidən Afrikanın ən böyük qızıl istehsalçısı olub - 105 TON
Qərbi Afrika ölkəsi Qana keçən il qızıl hasilatında 32 faiz artıma nail olub və yenidən qitənin ən böyük qızıl istehsalçısına çevrilib.
Marja xəbər verir ki, Qana Mədən Palatasının sədri Joshua Mortoti verdiyi açıqlamada, 2022-ci ildə həm böyük, həm də kiçik və orta şirkətlər tərəfindən qızıl istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib.
Mortoti qeyd edib ki, ölkədə qızıl hasilatı bir il əvvəl 2,8 milyon unsiyadan keçən il 3,7 milyon unsiyaya (105 ton) yüksəlib.
Bu artımın daha çox iri şirkətlər tərəfindən təmin edildiyini qeyd edən Mortoti, keçən il qızıl istehsalındakı 32% artım sayəsində Qananın yenidən Afrikanın ən böyük qızıl istehsalçısı olduğunu söyləyib.
Tarixdə “Qızıl Körfəz” adlandırılan Qana, Cənubi Afrika Respublikası ilə birlikdə qitənin ən böyük qızıl istehsalçıları sırasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
10 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
11 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 12 saat əvvəl
-
13 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















