"Türkiyədə yeni böyük neft yatağı kəşf edilib"
"Sabah" qəzetinin məlumatına görə, artıq Kato dağı ərazisində ilkin kəşfiyyata başlanılıb.Türkiyənin cənub-şərqində İraqla həmsərhəd bölgələrdə yeni neft yatağı kəşf edilib.
Marja.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, onun ehtiyatı ölkənin ən böyük yatağı sayılan eyni bölgədəki Şirnak vilayətində yerləşən Qabar yatağının ehtiyatlarından beş dəfə çox ola bilər.
Nəşrin məlumatına görə, Şirnak və Hakkari əyalətləri arasında yerləşən Kato dağı ərazisində yatağın ilkin kəşfiyyatına artıq başlanılıb. Qəzetin yazdığına görə, aşkar edilən neftin keyfiyyətinə görə ərəb nefti, yəni dünyada ən bahalı və minimum çirkli neft ilə müqayisə oluna bilər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın əvvəlində Qabar dağ silsiləsi yaxınlığında neft yatağının kəşf edildiyini açıqlamışdı. Onun potensialı 1 milyard barel, ehtiyatlarının dəyəri isə təxminən 70 milyard dollar qiymətləndirilir.
Türkiyə son illərdə öz ərazisində, eləcə də Qara dəniz və Şərqi Aralıq dənizində qaz və neft yataqlarının kəşfiyyatını gücləndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























