"Rubl dolları əvəz edə bilər" - "Rosneft"in rəhbəri
"Dollar dünya ehtiyat (rezerv) valyutası kimi mövqeyini itirir, yuan və rubl kimi əmtəə və xammal axını ilə dəstəklənən valyutalar perspektivli olur".
Marja xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PEIF) "Rosneft"in rəhbəri İqor Seçin bildirib.
"Doları nə əvəz edə bilər və nə qədər tez? Yeni ehtiyat valyuta statusunu almaq üçün ölkə kifayət qədər böyük və sabit iqtisadiyyata malik olmalıdır, sərbəst və maneəsiz kapital əməliyyatları təmin edilməlidir", - deyə o bildirib.
"Əmtəə və xammal axını ilə dəstəklənən valyutalar perspektivli olur ki, bu da onlara çəki və likvidlik verir. Bu, ilk növbədə yuan, ən çox resursla təmin olunan valyutalardan biri kimi rubldur", - o əlavə edib.
Bununla belə, Seçin qeyd edib ki, rublla bağlı vəziyyətdə ən azı iki problem var: "Bunlar mövcud hegemonun geosiyasi təzyiqi və rublun məzənnəsinin hədəflənməsinin olmaması ilə bağlı risklərdir. Bu da ona transsərhəd kreditləşməni təmin etməyə imkan vermir, rublun regional hesablaşma sisteminə çevrilməsinə mane olur".
“Rosneft”in rəhbəri bildirib ki, dollar həm ehtiyat (rezerv) valyutası, həm də beynəlxalq hesablaşmalar vasitəsi kimi problemə çevrilir:
"Eyni zamanda, onun əsasında yaradılmış nəhəng maliyyə alətləri sistemi və qiymətlərə təsir mexanizmləri, məzənnə siyasəti və s. sayəsində dollar uzun müddət əsas hesablaşma aləti və əsas ehtiyat valyutası olaraq qalacaq. Bəli, dollar öz mövqelərini itirir, lakin o, yavaş-yavaş "öləcək". Biz təcili olaraq ondan xilas olmalıyıq”, - Seçin vurğulayıb.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PEIF) iyunun 14-dən 17-dək keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
10 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
11 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 12 saat əvvəl
-
13 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























