Çin və Qətər arasında böyük LNG müqaviləsi
Bloomberg-in xəbərinə görə, Çin Qətərlə ildə 4 milyon ton LNG alışını əhatə edən 27 illik müqavilə imzalamağa yaxındır.Çin uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək üçün Qətərlə onilliklər davam edəcək növbəti mayeləşdirilmiş təbii qaz (LNG) müqaviləsi imzalamağa hazırlaşır.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, China National Petroleum Corp. (CNPC) çərşənbə axşamı QatarEnergy ilə ildə 4 milyon ton LNG alışını əhatə edən 27 illik müqavilə imzalayacaq.
LNG tədarükünün 2026-cı ildə başlaya biləcəyi və razılaşmaya əsasən, CNPC-nin Qətərin Şərqi Şimal Sahəsinin genişləndirilməsi layihəsində istehsal sahəsində 5 faiz paya sahib olacağı bildirilir.
CNPC şirkətinin rəhbəri Dai Houliang-ın bu həftə Yaxın Şərqə səfəri zamanı Qətərlə enerji əməkdaşlığını gücləndirmək niyyətində olduğunu bildirərək, əlavə təfərrüat verilməyib.
Bu günə qədər sənayedə ən uzun tədarük müqavilələrindən biri olacaq yeni LNG müqaviləsinin hər iki ölkə üçün üstünlüklər təqdim etdiyi düşünülür.
Çin artan enerji tələbatını ödəməyə kömək etmək üçün yanacağın münasib qiymətə onilliklər ərzində mövcud olmasını təmin etməlidir, Qətərin isə bu onilliyin ortalarında başlanması planlaşdırılan kütləvi istehsal artımına görə alıcılara ehtiyacı var.
Qətər avropalı alıcılar ilə də əlavə müqavilələr imzalamağa yaxındır.
Sinopec kimi tanınan China Petroleum & Chemical Corp. ötən il Qətərlə oxşar 27 illik müqavilə imzalamışdır.
Çin bu il dünyanın ən böyük LNG idxalçısı olmaq yolundadır. Shell əvvəllər ölkənin tələbinin 2040-cı ilə qədər iki dəfə arta biləcəyini bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
10 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
11 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 12 saat əvvəl
-
13 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















