"Taxıl sazişinə xitam verilməlidir"
Taxıl sazişinə hazırkı formada ehtiyac yoxdur və ona xitam verilməlidir.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Rossiyskaya qazeta”ya yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, Rusiya taxıl sazişi olmadan da ərzaq ehtiyacı olan tərəfdaş ölkələrə kömək edə bilər.
Medvedev məqaləsində Rusiya-Qərb qarşıdurması barədə da yazıb.
Bildirib ki Rusiya heç vaxt NATO-nu cilovlamağa cəhd etməyib:
"Rusiya sadəcə olaraq öz təhlükəsizlik problemlərini nəzərə almağı və keçmiş SSRİ ölkələrini alyansa dəvət etməməyi xahiş edib. Rusiya Federasiyasının məqsədi Ukraynanın NATO-ya üzvlüyü təhlükəsini aradan qaldırmaqdır və Rusiya buna nail olunacaq. Rusiyanı sındırmaq mümkün olmadı, Qərb isə qlobal dominantlığı itirməyin bir addımlığındadır. Moskva Qərbin onu öz iradəsinə tabe etmək cəhdlərinə boyun əymədi və sərt cavab verdi", - deyə rusiyalı siyasətçi vurğulayıb.
Medvedev əlavə edib ki, Rusiya öz suverenliyini və milyonlarla insanı qorumaq üçün xüsusi hərbi əməliyyat keçirməyə məcbur olub:
"Kiyev rejimi zibil qutusuna atılmalı və faşist kimi qadağan edilməlidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















