“Bank Respublika” qeyri-faiz gəlirini artırıb
“Bank Respublika” ASC 2017-ci ilin birinci yarısına dair gəlir və mənfəətini açıqlayıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-iyun dövründə “Bank Respublika”nın cəmi gəlirləri 31 milyon 851 min manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% azdır. “Bank Respublika” ASC 2017-ci ilin birinci yarımilində 39,8 milyon manat cəmi gəlir əldə etmişdi.
FAİZSİZ ƏMƏLİYYATLARDAN GƏLİRİ ARTIB
Diqqəti çəkən, Bankın qeyri-faiz gəlirlərinin artmasıdır. Ötən ilin ilk 6 ayında 13 milyon manat qeyri-faiz gəliri əldə etmiş Bank, bu ilin anoloji dövründə 15 milyon 948 min manat qeyri-faiz gəliri əldə edib. Müqayisə edilən dövrdə faiz gəliri 26 milyon 786 min manatdan 15 milyon 903 min manata geriləyib. Səbəb müştərilərə verilən kreditlərin azalmasıdır.
Cəmi gəlirlərdən faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra 4 milyon 759 min manat əməliyyat mənfəti qalıb. Bank ötən ilin birinci yarısında 12,9 milyon manat əməliyyat mənfəəti əldə etmişdi.
“Bank Respublika” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılması 5 milyon 342 min manat ayırdığından 2017-ci ili 583 min manat zərər ilə yarılayıb. Bank 2016-cı ilin birinci yarısında ehtiyatlara 28 milyon 647 min manat ayırmış və 2016-nı 15 milyon 747 min manat zərər ilə yarılamışdı. 2016-cı ildə Bankın zərəri isə 34 milyon 609 min manat olmuşdu.
BANKDA SABİTLƏŞMƏ ƏLAMƏTLƏRİ
Ehtiyatlara ayırmanın 5,4 dəfə, zərərin isə 30 dəfə azalması “Bank Respublika”nın sabitləşdiyinə işarədir. Banklar verilmiş kreditlərdə ehtimal olunan itki məqsədilə gəlirlərinin böyük hissəsini ehtiyatlara ayırırlar. Əgər verilmiş kreditlərin bir hissəsi geri qayıtmasa, Bank itirdiyi vəsaitini ehtiyatları hesabına bərpa edir.
30 İyun 2017-ci il tarixinə “Bank Respublika” ASC 779 milyon 396 min manat cəmi aktivlərə, 732 milyon 503 min manat cəmi öhdəliklərə və 46 milyon 893 min manat cəmi balans kapitalına malik olub. Ötən ilin sonunda Bank, 898 milyon 514 min manat cəmi aktivlərə, 858 min 520 min manat cəmi öhdəliklərə və 39 milyon 994 min manat cəmi balans kapitalına malik idi.
PROBLEMLİ KREDİTLƏR AZALIB
Ötən ili sonu ilə müqayisədə bu ilin birinci yarısında kredit portfeli 271 milyon 116 min manatdan 245 milyon 357 min manata, depozit portfeli isə 572 milyon 736 min manatdan 470 milyon 563 min manata düşüb. Müştərilərə verilmiş kreditlərin 32 milyon manatının və ya təxminən 13%-nin ödəmə vaxtı keçib. Bank kreditlər üzrə 18 milyon 589 min manat adi və məqsədli ehtiyat yaradıb. Qeyd edək ki, ötən ilin birinci yarısının sonunda “Bank Respublika”a 60,3 milyon manat ödəmə vaxtı keçmiş kreditə malik idi. Qısası, illik müqayisədə Bankda ödəmə vaxtı keçmiş kreditlər 2 dəfəyə yaxın azalıb.
KAPİTALI TƏLƏBƏ CAVAB VERİR
30.06.2017-ci il tarixində “Bank Respublika” ASC 51 milyon 364 min manat məcmu kapitala malik olub. Bu da 50 milyon manat olan məcmu kapital tələbindən çoxdur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
57 d. əvvəl
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABŞ və İran təxminən 4 ay davam edən müharibəni başa çatdırmaq üçün razılaşıblar
- 1 saat əvvəl
-
10 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
11 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
15 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 21 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





















