Azərbaycana avtomobil idxalı həm bahalaşıb, həm də artıb
2023-cü ilin yanvar-iyun dövründə (ilk 6 ayda) Azərbaycana 753 milyon 305 min dollar dəyərində 48 min 373 ədəd nəqliyyat vasitələri idxal olunub.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyat vasitələrinin idxalı dəyər ifadəsilə 63,4%, miqdar ifadəsilə 37,5% artıb. 2022-ci ilin yanvar-iyun dövründə Azərbaycana 460 milyon 890 min dollar dəyərində 35 min 173 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.
İdxal olunan minik avtomobillərinin sayı ötən ilin ilk 6 ayında 32 min 382 ədəd ikən, cari ilin ilk 6 ayında 44 min 937 ədəd olub.
Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin idxalı cari ilin ilk 6 ayında ötən ilin ilk 6 ayı ilə müqayisədə 7,3 dəfə artaraq 1 124 ədəd, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin idxalı 17,8% aratarq 7 329 ədəd təşkil edib. Ötən il bu nəqliyyat vasitələri üzrə idxal müvafiq olaraq 153 ədəd və 6 218 ədəd olmuşdu.
2023 və 2022-ci ilin ilk 6 ayları üzrə avtomobillərin idxalı haqqında məlumatlar.
Yanvar-İyun 2023

Yanvar-İyun 2022

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























