Çinin ən böyük avtomobil şirkətinin 2 ən yeni modeli Bakıda təqdim edilib - FOTOLAR
(®) Çinin ən böyük avtomobil istehsalçısı SAIC Motorun markası olan MG-nin ölkəmizdə rəsmi distribyuteri ASIA Motors şirkəti Bakıda 2 ən yeni MG modelini – tam elektrikli MG4 və 1.5 turbo daxili yanma mühərrikli MG One modellərini təqdim edib.
13.07.2023 cü il tarixində baş tutmuş təqdimat gecəsi tanınmış aparıcı Ceyhun Əli, ASIA Motors şirkətinin direktoru Elmir Xəlilovun açılış nitqi və SAIC-in MG markası üzrə Azərbaycan və digər ölkələr üzrə satış direktoru olan Gu Zhiwen-in video müraciəti ilə başlamışdır. Gu Zhiwen, ASIA Motors-un fəaliyyətindən məmnunluğunu bildirmiş və gələcəkdə daha da uğurlu əməkdaşlığa əmin olduğunu vurğulamışdır:
“ASIA Motors şirkətinin bizim MG markası və məhsullarının Azərbaycan müştərilərinə çatdırılması üçün gördüyü məhsuldar işi yüksək qiymətləndirirəm. Əminəm ki, ASIA Motors və SAIC gələcəkdə Azərbaycan bazarında bundan daha da uğurlu əməkdaşlığını davam etdirəcək. Çox şadam ki, bu gün, iki yeni MG4 və MG ONE modelləri sizə təqdim olunacaq. Bu iki modelə bizim ən son dizayn və texnologiyamız tətbiq olunub. İnanıram ki, ASIA Motors modelləri sizə uğurla təqdim edəcək.” – deyə Gu əlavə etmişdir.
Daha sonra gecədə, MG markasının gələn il 100 illiyinin tamam olması və çox maraqlı keçmiş tarixi barədə məlumatlar verilmişdir. Belə ki, 1924 cü ildən istehsal edilən MG markalı avtomobillər əsas etibarilə idman avtomobilləri olmuş və tarixi faktlardan biri olaraq 1957 ci ildə MG EX181 modeli 395 km/s sürətlə tarixi sürət rekordunu yeniləmişdir. 2005 ci ilədək İngiltərədə istehsal edilən bu markanın avtomobilləri 2007 ci ildən etibarən Çinin ən böyük və hazırda dünyanın 6-cı ən böyük avtomobil istehsalçısı olan SAIC Motor-un tərkibinə keçir və daha geniş model cərgəsi ilə istehsal edilməyə başlamışdır.
Özünəməxsus tərzdə təqdim edilən hər 2 model öz xüsusiyyətləri ilə seqmentlərində seçilir.
MG4 tam elektrikli model olaraq 64 Kw-lıq batareya və tam dolumlu şarj ilə 435 km məsafə qət etməyə malikdir. Eyni zamanda MG4 modeli PMSM tipli mühərriklə təchiz olunmuşdur ki, bu da öz növbəsində 150 Kw, yəni 204 at gücü və 250 Nm dartı qüvvəsi hasil edir. 0-100 km/s sürətlənməsi cəmi 7.9 saniyə təşkil edən bu qıvraq hetçbek model ENCAP-ın 5 ulduzunu almış və tam rəsmi olaraq Avropa və digər ölkələr ixrac edilir. Qeyd edək ki, 4287 / 1836 / 1504 mm ölçülərə sahib olan bu model 4 rəngdə – ağ, qara, boz və narıncı rənglərdə təklif edilir və ölkəmizdə satılan hər bir MG4 tam elektrik modelinə istehsalçı tərəfindən 5 il və ya 150000 km zəmanət verilir.
Digər təqdim edilən MG ONE modeli isə öz seqmentində ulduz partlayışı effekti ilə rəqiblərinə geridə qoymağa hazırdır. Bu şəhər tipli SUV model SAIC konserninin öz markaları üçün hazırladığı yeni SIGMA (SAIC Intelligence Global Modular Architechture) modul platformasında yığılmış və 1.5 turbo mühərriklə, CVT sürətlər qutusu ilə təchiz edilmişdir. Mühərrik 181 at gücü və 285 Nm dartı qüvvəsi gücünə malikdir. Ölkəmizdə MG ONE hazırda ancaq Lux təchizatda təklif edilir ki, burada ən son dizayn və texnologiyalardan – ön və arxa tam LED fənərlər, məxsusi radiator barmaqlığı və ön/arxa aerodinamik bamper və spoylerlər, dəri salon, 7 düymluq alətlər paneli ekranı, 12.3 düymluq sensor ekran, simsiz şarj, ECALL, LDW, ACC, TJA, BSD və s. təhlükəsizlik sistemlərindən istifadə edilmişdir. 4581/1871/1617 mm ölçüdə olan bu şəhər krossoveri də 5 il və ya 150000 km istehsalçı zəmanətinə malikdir.
Təqdimat gecəsi avtomobil həvəskarları, populyar ictimaiyyət nümayəndələri, tanınmış avtomobil jurnalistləri və digər musiqili qonaqlarla davam etmişdir.
Satış salonu Babək prospekti 28 ünvanında yerləşən MG Motors Azerbaijan artıq hər iki təqdim edilmiş modeli müştəriləri üçün əlçatan etmişdir və MG modelləri ilə maraqlanan hər kəsi yeni modellər də daxil olmaqla bütün digər modellərin də sınaq yürüşünə dəvət edir.
Telefon:+99412 525 51 51
Mobil: +994 50 400 1924
+994 50 444 1924
Email: [email protected]
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
6 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
6 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 7 saat əvvəl
-
7 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Ən çox oxunanlar
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib

























