Kreml Putinlə Ərdoğan arasında telefon danışığı barədə ətraflı məlumat yaydı
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Marja.az Kremiln yaydığı məlumata istinadən xəbər verir ki, çoxşaxəli Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif aspektləri üzrə dialoq davam edib.
Xüsusən, Vladimir Putin Ukrayna taxılının Qara dəniz limanlarından ixracına dair sazişlərin xitam verilməsi və Rusiyadan ərzaq və gübrələrin tədarükünün qarşısının alınması ilə bağlı Rusiyanın prinsipial mövqeyini açıqlayıb. Qeyd olunub ki, “taxıl sazişi”nin Rusiya hissəsinin həyata keçirilməsində tam tərəqqinin olmaması şəraitində onun növbəti uzadılması mənasını itirib. Qərb Rusiya qarşısında həmin müqavilələrdə qeyd olunan bütün öhdəlikləri yerinə yetirən kimi İstanbul müqavilələrinə qayıtmağa hazır olduqları təsdiqlənib.
Vurğulanıb ki, ərzağa daha çox ehtiyacı olan ölkələrin tələbatı nəzərə alınmaqla, Rusiya taxılının tədarükü, o cümlədən təmənnasız tədarükü üçün etibarlı variantların üzərində iş aparılır. Bu yaxınlarda Sankt-Peterburqda keçirilən ikinci Rusiya-Afrika sammitində bu məsələ əsaslı şəkildə müzakirə olunub. Türkiyə və digər maraqlı dövlətlərlə bu sahədə əməkdaşlıq əhval-ruhiyyəsi ifadə olunub.
Rusiya-Türkiyə tərəfdaşlığının gündəliyini müzakirə edərkən liderlər ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi perspektivlərinə, enerji sektorunda strateji birgə layihələrin həyata keçirilməsinə, eləcə də turizm sənayesində əməkdaşlığa diqqət yetiriblər. Hər iki tərəf 2022-ci ildə təxminən iki dəfə artmış ticarətin davamlı artımından məmnunluq ifadə edib.
Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası ərazisində meşə yanğınlarının söndürülməsində göstərdiyi köməyə görə Rusiya rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.
Müxtəlif səviyyələrdə, o cümlədən iki liderin mümkün görüşünə hazırlıq kontekstində təmasların davam etdirilməsi razılaşdırılıb.
Türkiyə Prezidentinin ofisindən verilən məlumata görə, Ankara taxıl sazişinin bərpası üçün intensiv səylər göstərməyə davam edəcək. Qeyd edilib ki, Ərdoğan və Putin telefon danışığı zamanı Rusiya Prezidentinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər. Türkiyədə 2023-cü ildə Rusiyadan gələn turistlərin sayına görə yeni rekord müəyyən edilə bilər. Həmçinin, Ərdoğan Türkiyəyə yanğınsöndürmə təyyarələri göndərdiyi üçün Putinə təşəkkür edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























