Süni intellekt biznesdə rəqabətə səbəb olacaqmı?
(0174) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”ın yüksək gəlirli şəxslərə xidmət göstərən “PASHA Private Banking” departamenti öz müştərilərinə sərvətin idarəolunması və investisiya məsləhəti xidmətlərini təqdim edir.
Düzgün investisiya məsləhəti təqdim edən komanda sayəsində bir çox müasir sahələrin investisiya məhsulları barədə yenilikləri əldə etmək, eləcə də bu sahələrə investisiya yatırmaqla uğurlu nəticələr qazanmaq mümkündür.
“PASHA Private Banking” ekspertlərinin qlobal investisiya tədqiqatı və investisiya strategiyası üzrə beynəlxalq məsləhətçi qismində çıxış edən tanınmış “BCA Research” şirkətinə istinadən hazırladığı hesabatı nəzərinizə çatdırırııq.
Süni intellekt investisiya aləmində daha çox rəqabət yaradacaqmı?
Bugünkü internet şirkətlərinin gəlirlərinin böyük hissəsi onların yararlandığı kvazi-inhisar gücündən qaynaqlanır. “BCA Research” şirkətinin rəyinə görə, Süni intellektin əks təsirinin daha az deyil, daha çox rəqabət yaradacağı mümkündür.
1996-cı ildən etibarən İT sektorunda səhm üzrə satış “S&P 500” ilə müqayisədə 45%, səhm üzrə gəlir 112%, səhm üzrə qiymət isə 216% artıb. Beləliklə, İT səhmlərinin yüksək göstəricilərinin təxminən 80%-i seçilmiş şirkətlər qrupu arasında artan mənfəət marjası və investorların onlara təyin etdiyi daha yüksək gəlirlilik əmsalları ilə əlaqələndirilə bilər.
Süni intellekt oxşar inhisar gücü yaradacaqmı? Bu, hələ ki aydın deyil, çünki Süni intellektin biznesə daxil olması üçün böyük maneələr var. Onlardan biri dil modellərinin yaradılması, öyrədilməsi və işlədilməsi üçün böyük maliyyə xərclərinin olmasıdır.
Bəs “Google” kimi şirkətlər yeni nəsil Süni intellekt modellərini təqdim etməyə sərf etdikləri xərcləri geri qaytara biləcəkmi? Bu da hələ ki sual altındadır.
Axtarış biznesinin maraqlı tərəflərindən biri ondadır ki, çox yaxşı işlədiyi üçün deyil, sadəcə yaxşı işlədiyi üçün gəlirlidir. Axtarış sistemindən Nyu-Yorkdan Hyustona necə gedə biləcəyinizi soruşsanız, o, sizə veb-saytların axtarış səhifəsində ilk sıralarda görünməsi üçün vəsait ödəmiş şirkətlərdən çoxlu linklər təqdim edəcək.
Bəs əgər Süni intellekt çatbotu səyahət etmək istədiyiniz tarix və vaxtda hansı aviaşirkətin ən aşağı qiymətə bilet təklif etdiyini dəqiq deyə bilsə idi, necə olardı? Əgər çatbot obyektiv cavab vermiş olsaydı, ən ucuz bilet təklif edən aviaşirkətin reklam etmək üçün heç bir stimulu olmayacaqdı. Belə ki, istənilən halda çatbotun seçəcəyi bilet onun bileti olacaqdı. Daha yüksək qiymətlər təklif edən aviaşirkətlər isə çatbot onları tövsiyə etməyəcəyi üçün reklama vəsait ayırmaqda maraqlı olmayacaqlardı.
Əlbəttə ki, çatbot obyektivlikdən uzaq olub, sadəcə reklam üçün pul ödəmiş aviaşirkəti tövsiyə edə bilərdi. Amma bu çox riskli məsələdir. Məsələn, “Instagram” və ya “Twitter”dən fərqli olaraq çatbotun dəyəri ondan nə qədər çox insanın istifadə etməsindən o qədər də asılı deyil. Beləliklə də, həddindən artıq qərəzli Süni intellekt platforması istifadəçilərinin daha həssas platformaya keçməsi ehtimalı yaranır.
Bu mövzu barədə daha ətraflı məlumat əldə etmək, eləcə də müasir sahələrə yatırımlarla bağlı konsultasiya almaq üçün *1230 ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 2 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib





















