Vyetnamın ən varlı adamının sərvəti 2 gündə "əriyib"
"VinFast"ın sahibi Pham Nhat Vuong-un sərvəti iki gündə 40 faiz "əriyərək" 26,2 milyard dollara düşüb"VinFast Auto Ltd" şirkətinin səhmləri ilkin kütləvi təklifin (İPO) ilk günündə yaşadığı astronomik yüksəlişdən sonra Yerə qayıdır.
Marja.az xəbər verir ki, Vyetnamın elektrik avtomobil istehsalçısı "VinFast Auto", Birgə Müəssisə (SPAC) vasitəsilə IPO-dan sonra 85 milyard dollar dəyərə çatıb və General Motors, Ford və Stellantis kimi nəhənglərdən daha böyük bazar dəyərinə sahib olub.
Çərşənbə axşamı Nasdaq birjasına çıxanda şirkətin səhmləri son iki ticarət günündə kəskin ucuzlaşıb və 255 faizlik qazancının yarısından çoxuu silinib.
46,4 milyard dollarla VinFast-ın bazar dəyəri hələ də General Motors Co.-nun üstündədir.
Bloomberg Billionaires Index-ə görə, şirkət rəhbəri Pham Nhat Vuong-un xalis sərvəti təxminən 40 faiz azalaraq 26,2 milyard dollara düşüb.
Vuong ilk ticarət günündə kağız üzərində təxminən 40 milyard dollar qazanıb. Bu, indiyə qədər qeydə alınan ən böyük sərvət sıçrayışlarından biri olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















