Hindistandan düyü ixracına yeni məhdudiyyət
Dünyanın ən böyük düyü ixracatçısı olan Hindistan ərzaq qiymətlərinin yüksəlməsi ilə mübarizə apardığı üçün düyü ixracına əlavə məhdudiyyətlər tətbiq etməyi düşünür.
Marja.az xəbər verir ki, bu addımın reallaşacağı təqdirdə qlobal tədarükün daha da azalacağı gözlənilir.
Məlumatlı mənbələrə görə, hökumət düyü ixracına əlavə vergi tətbiq etməyi düşünür.
Mənbələr hələlik məsələ ilə bağlı son qərarın verilmədiyini bildiriblər.
Asiyada düyü qiymətləri bu ay Taylandın istehsal proqnozu ilə bağlı narahatlıqlar və Cənubi Asiya ölkəsinin bəzi məhsulların ixracına qadağa qoyması ilə bağlı narahatlıqlar fonunda son 15 ilin ən yüksək səviyyəsinə qalxıb.
Hindistanda hakimiyyətdə olan Modi hökuməti gələn ilin əvvəlində keçiriləcək seçkilər öncəsi ərzaq qiymətlərinin aşağı salınması səylərini sürətləndirib.
Hindistan artıq qırılmış düyü və basmati olmayan ağ düyü ixracını qadağan edib.
Düyü Hindistanda yağışlı mövsümdə yetişdirilən ən vacib əsas qida hesab olunur. Ölkənin əsas düyü yetişdirən əyalətlərində yağıntının normadan 15 faiz az olması daxili təchizatla bağlı narahatlığı artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 12 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























