Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi - BU GÜN AÇILIŞI OLACAQ
Xəbər verdiyimiz kimi, Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
Marja.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirib:
"Sabah biz Şavkat Miromonoviçin şəxsi təşəbbüsü ilə Azərbaycana bağışladığı məktəbin açılışında iştirak edəcəyik. Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.
Bir neçə gün, daha dəqiq desək, dörd gün bundan əvvəl Füzuli şəhərinin ilk sakinləri - keçmiş köçkünlər doğma yurdlarına qayıdıblar. Artıq yaxın zamanlarda - azı bir aydan sonra uşaqlar Özbəkistandan olan qardaşlarımız tərəfindən hədiyyə edilən məktəbdə oxumağa başlayacaqlar".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 d. əvvəl
- 19 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























