“Toyota”nın Yaponiyadakı zavodları dayanıb
“Toyota” şirkətinin Yaponiyadakı zavodlarının demək olar ki, hamısı konveyerlər üçün hissələrin sifarişinə mane olan sistem nasazlığı səbəbindən bağlanıb. Avtomobil istehsalçısı bunun kiberhücum olduğuna inanmır. Lakin son günlər Yaponiyadakı müəssisələr və qurumlar narahatedici telefon zənglərindən şikayətlənir. Bu ölkənin hökuməti hesab edir ki, onlar çox güman ki, Çindən edilib və “Fukusima-1” AES-dən təmizlənmiş radioaktiv suyun buraxılması ilə bağlı olub.
“Nikkei” agentliyi xəbər verir ki, Yaponiyada “Toyota” və “Lexus” brendləri ilə avtomobillər istehsal edən on dörd “Toyota Motor” zavodundan on ikisi sistem nasazlığına görə işləri dayandırıb. Ölkənin ən böyük avtomobil istehsalçısı avqustun 29-da axşam saatlarında qalan iki müəssisəni də bağlayacağını bildirib.
Avtomobil istehsalçısının sözçüsü AFP-yə bildirib ki, 25 konveyer xətti olan 14 avtomobil zavodu sistem nasazlığına görə ehtiyat hissələri sifarişini yerinə yetirə bilmir. "Hazırda biz bunun kiberhücum olmadığına inanırıq", -deyə o əlavə edib.
“Toyota”nın nümayəndəsi qeyd edib ki, hazırda problem yalnız Yaponiyadakı fabriklərin işinə təsir edib. O, normal istehsal prosesinin nə vaxt bərpa oluna biləcəyini açıqlamayıb.
“Reuters” agentliyinin hesablamalarına görə, “Toyota”nın Yaponiyadakı zavodları (“Daihatsu” və “Hino” istisna olmaqla) avtomobil istehsalçısının qlobal məhsulunun təxminən üçdə birini istehsal edir. İlin birinci yarısında onlar gündəlik 13500-ə yaxın avtomobil buraxıblar.
“Bloomberg” isə qeyd edir ki, Yaponiyadakı bütün “Toyota” zavodları, Miyatadakı (Fukuoka prefekturası) müəssisə və Kiotodakı “Daihatsu Motor”un törəmə şirkəti istisna olmaqla, gündüz növbəsi üzrə işləri dayandırıb. Bundan əlavə, agentlik xatırladır ki, “Toyota”nın digər törəmə şirkəti – “Hino Motors” (yük maşınları və avtobuslar istehsal edir) avqustun 29-da sistemlə bağlı problemlərin olduğunu və Yaponiyadakı iki zavodda dörd montaj xəttini dayandıracağını bildirib.
Tokioda “Toyota”nın səhmləri avtomobil zavodlarının bağlanması xəbərindən sonra 0,8 faiz ucuzlaşıb. Ticarətin sonuna qədər avtomobil istehsalçısının səhmləri itkilərinin böyük hissəsinə məruz qalıb və sonda 0,21 faiz artaraq 2,431,50 yen səviyyəsində satılıb. Bu, əvvəlki bağlanış qiymətindən aşağıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























