ABŞ-da məşğulluqdakı artım proqnozu üstələyib
ABŞ-da avqust ayında kənd təsərrüfatı sektoru xaric məşğulluq artımı məlumatı açıqlanıb. Marja xəbər verir ki, məşğulluqdakı artım proqnozu üstələyib.
ABŞ-da kənd təsərrüfatı sektoru xaric məşğulluq avqust ayında 187 min artıb. Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri artımın 170 min olacağı idi. İyul ayında 187 min olaraq açıqlanan məlumat, 157 min olaraq dəyişdirilib.
Ölkədə işsizlik 3,5 faizdən 3,8 faizə yüksəlib. İşsizlik nisbəti ilə bağlı proqnoz 3,5% idi.
İnflyasiya göstəriciləri üçün mühüm əhəmiyyət kəsb edən orta saatlıq maaş aylıq 0,2 faiz, illik 4,3 faiz artıb.
İqtisadçılar avqust ayında orta saatlıq maaşın aylıq 0,3 faiz, illik isə 4,3 faiz artacağını nəzərdə tuturdular.
Bloomberg-in ABŞ-ın baş iqtisadçısı Anna Vonq, məlumatlar açıqlanmadan əvvəl etdiyi qiymətləndirmədə ABŞ-ın məşğulluq bazarının avqust ayında "soyuduğu" qənaətində idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 12 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























