Bankların kreditləşmə siyasətinin yumşalması və kreditlərə tələbin artması davam edib - SORĞU

Mərkəzi Bank tərəfindən 2023-cü ilin II rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri açıqlanıb.
Qeyd edilib ki, sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.
Sorğu nəticələrinə əsasən 2023-cü ilin II rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması davam etmişdir. Kredit standartlarının yumşalması, əsasən biznes və istehlak kreditləri üzrə müşahidə edilmişdir. Banklar 2023-cü ilin III rübündə də kreditləşmə siyasətində yumşalmaların davam edəcəyini və kredit tələbinin artacağını gözlədiklərini bildiriblər. Sektorun kredit siyasətindəki dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.
Hesabatda deyilir:
2023-cü ilin II rübünün kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrinə əsasən bankların kreditləşmə siyasətində yumşalma davam etmişdir. Kredit standartlarının yumşalması, əsasən biznes və istehlak kreditləri üzrə müşahidə edilmişdir. Biznes kreditləri üzrə standartlarda yumşalma mikro sahibkarlıq subyektlərinə verilən kreditlərdə, istehlak kreditləri üzrə standartlarda yumşalma isə əsasən kredit kartlarında daha nəzərəçarpan olmuşdur. Son rüb ərzində istehlak kreditləri üzrə standartlarda yumşalma davam etsə də, ötən rübə nisbətdə səngimə müşahidə edilmişdir. Məişət kreditlərinin verilmə standartlarında isə banklar sərtləşməyə getmişlər. Sorğu nəticələrinə əsasən 2023-cü ilin II rübündə kreditlərə tələb artmışdır. Artım həm biznes, həm istehlak, həm də ipoteka kreditləri üzrə müşahidə edilmişdir. Banklar növbəti rübdə də hər 3 portfel üzrə kreditə tələbin artacağı qənaətindədirlər.
Biznes kreditləri
Kredit siyasəti:
Bankların biznes kreditləşməsi üzrə siyasətlərində yumşalma müşahidə olunmuşdur. Yumşalma əsasən miko sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə olmuşdur. KOS və iri sahibkarlara verilən kreditlər üzrə isə yumşalma nəzərə çarpmır.
Kredit tələbi: Cari ilin II rübündə biznes kreditlərinə tələb artmışdır. Artım mikro və KOS subyektləri üzrə verilən kreditlərdə olmuşdur. İri sahibkarlıq kreditlərinə tələbdə nəzərəçarpan dəyişiklik olmamışdır.
2023-cü ilin III rübünə gözləntilər:
Banklar biznes kreditləri üzrə siyasətdə əhəmiyyətli dəyişikliyin olmayacağı qənaətindədirlər. Buna baxmayaraq, 2023-cü ilin III rübündə biznes kreditlərinə tələbin artımı proqnozlaşdırılır.
İpoteka kreditləri
Kredit siyasəti:
2023-cü ilin II rübündə İKZF vəsaiti və bankların daxili resursları hesabına verilən ipoteka kreditləri üzrə kredit siyasətində əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir.
Kredit tələbi:
Cari ilin II rübü ərzində ipoteka kreditlərinə tələb artmışdır. Artımın əsas drayveri İKZF hesabına verilən ipoteka kreditləri olmuşdur.
2023-cü ilin III rübünə gözləntilər:
Banklar 2023-cü ilin III rübündə İKZF hesabına veriləcək kreditlərə tələbin artacağını, lakin kredit siyasətində nəzərçarpan dəyişikliyin olmayacağını gözləyirlər.
İstehlak kreditləri
Kredit siyasəti:
Cari ilin II rübündə istehlak kreditlərinin təsdiqi standartlarının yumşalmasında səngimə nəzərə çarpmışdır. Ötən rübə nəzərən səngimə kredit kartları və əməkhaqqı üzrə verilən kreditlərdə daha çox nəzərə çarpmışdır. Sorğu nəticələrinə əsasən məişət kreditlərinin təsdiqi standartlarında isə sərtləşmə müşahidə edilmişdir.
Kredit tələbi:
2023-cü ilin II rübü ərzində istehlak kreditləri üzrə tələb artmışdır. Artım əsasən məişət kreditləri üzrə müşahidə edilmişdir.
2023-cü ilin II rübünə gözləntilər:
Banklar cari ilin III rübündə istehlak kreditləri üzrə standartlarda yumşalmanın və tələb artımının səngiməsini gözlədiklərini bildiriblər. Sorğu nəticələrinə əsasən banklar həm standartlar üzrə yumşalmanın, həmçinin tələb üzrə artımın kredit kartları üzrə olacağı qənaətidindədirlər.
2023-cü ilin II rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq olar:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
