Rusiyadan Çinə neft ixracının həcmi açıqlanıb
Rusiya 2023-cü ilin ötən dövründə Çinə 75 milyon tondan çox neft tədarük edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur.
Marja.az xəbər verir ki, bunu Pekində keçirilən Rusiya-Çin Enerji Biznes Forumunda “Rosneft” şirkətinin sədri İqor Seçin bildirib.
"Ölkələrimiz arasında əməkdaşlığın ən mühüm sahəsi enerjidir. 2023-cü ilin səkkiz ayının nəticələrinə əsasən, Rusiya Səudiyyə Ərəbistanını qabaqlayaraq Çinin əsas neft tədarükçüsü olub. Bu il Rusiyadan 75 milyon tondan çox neft artıq Çinə tədarük edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur”, - Seçin deyib.
Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, 2022-ci ildə Rusiya Çinə neft ixracını 28% artıraraq 89 milyon tona çatdırıb. Rusiyanın energetika naziri Nikolay Şulqinov RİA Novosti-yə müsahibəsində bildirib ki, bu ilin sonuna qədər tədarüklər 15% artaraq 100 milyon tonu keçəcək.
Seçin qeyd edib ki, Rusiya nefti Çinə Şərqi Sibir-Sakit Okean neft kəməri ilə gəlir. Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələr kontekstində Rusiyadan tədarükün təhlükəsizliyini qeyd etmək vacibdir:
"Hazırda Yaxın Şərqdə baş verən hadisələr kontekstində Rusiyanın Çinə neft tədarükünün təhlükəsizliyini qeyd etmək vacibdir. Bu neft Şərqi Sibir-Sakit Okean neft kəməri ilə tədarük edilir. Bu kəmər Yaxın Şərqdə artan geosiyasi qeyri-sabitliyə görə Hörmüz boğazı və ya Süveyş kanalı vasitəsilə tanker daşınması ilə müqayisədə daha etibarlı nəqliyyat kanalıdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























