Hindistan-Rusiya ticarətinin həcmi 50 milyard dollara çatdırılacaq
"Hindistan və Rusiya arasında ticarətin həcmi tezliklə 50 milyard dollara çatacaq; ölkələr yeni gömrük sazişinin bağlanması və qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi üzərində işləyirlər",
Marja.az xəbər verir ki, bunu Hindistan hökumətinin xüsusi katibi və Şuranın üzvü Bhujabal Surjit bildirib.
"Hindistan və Rusiyanın ticarət və kommersiya əməliyyatları sahəsində əməkdaşlıqda çoxillik təcrübəsi var. İndi 2023-2024-cü illərdə iki ölkə arasında ticarətin həcmi əhəmiyyətli dərəcədə artacaq. Biz bunun 50 milyard dollara çatacağını gözləyirik. Beləliklə, hər iki tərəfdən ticarət əməliyyatlarının artımı perspektivləri var. Ölkələrimizin səlahiyyətli orqanları ticarətin daha səmərəli və tez baş tutması üçün ölkələrimiz arasında işgüzar əməliyyatları asanlaşdırmaq üçün təşəbbüslər hazırlayır”, - deyə rəsmi Moskvada Beynəlxalq Gömrük Forumu çərçivəsində bildirib.
Surjeet əlavə edib ki, Hindistan və Rusiya da tədarük zəncirinin təhlükəsizliyini və ticarətin asanlaşdırılmasını yaxşılaşdırmaq üçün çalışırlar
"Hindistan və Rusiya gömrük əməkdaşlığı sahəsində etibarlı sazişə malikdir. Və çox yaxında - sabah biz Rusiyanın Federal Gömrük Xidməti ilə üç il müddətinə gömrük hüquqpozmalarına qarşı birgə mübarizəyə dair daha bir sənəd imzalayacağıq", - o, bildirib.
Onun sözlərinə görə, yüklər barədə məlumatın hətta yük təyinat yerinə çatmamış, müvafiq olaraq Hindistan və ya Rusiya gömrük işçilərinə operativ şəkildə göndərilməsi sistemi üzərində də iş aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























