Turistlər Türkiyədə daha çox xərcləyirlər: 67 dollardan 100 dollara yüksəlib
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy 2017-ci ildə turistlərin ölkədə gündə orta hesabla 67 dollar xərclədiyini və bu rəqəmin 100 dollara yüksəldiyini bildirib.
Marja xəbər verir ki, nazir Türkiyənin bu il turizm gəlirinin 42 milyard dollara çatıldığını və il sonunda 55,6 milyard dollarlıq gəlir hədəfinə doğru irəliləməkdə olduğunu bildirib.
Fevralın 6-da baş verən zəlzələlər və İsrailin Fələstinə hücumu kimi hadisələrin bu hədəfin açıqlanmasından sonra baş verdiyini qeyd edən Ersoy, "Bir-birinin ardınca bir çox mənfi təsirlər yaşasaq da, ortamüddətli proqramı lazımi qaydada idarə edirik. Bu sevindiricidir. Ümumilikdə Antalyaya baxdığımızda dünəndən etibarən 15 mlyon turist sayını keçdi. Həm gəlir, həm də turist sayı pandemiyadan əvvəl turizmin ən güclü olduğu 2019-cu il üstələyib”,- deyib.
Turizm gəlirlərində ciddi artım olduğuna diqqət çəkən Ersoy, "2017-ci ilin sonunda adambaşına xərclənən vəsait 67 dollar ikən, keçən il açıqlanan rəqəmlərə baxdıqda 100 dollara çatıb",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























