FAO: Dünya ərzaq idxalı xərcləri 2023-cü ildə rekord həddə çatacaq
Birləşmiş MillətlərTəşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, qlobal ərzaq idxalı xərcləri 2023-cü ildə rekord səviyyəyə çatacaq, ən həssas ölkələr idxal həcmlərində azalma ilə üzləşəcək.
Marja.az xəbər verir ki, FAO-nun təxminlərinə görə, 2023-cü ildə qlobal ərzaq idxalı xərcləri 2022-ci ilə nisbətən təxminən 35,3 milyard ABŞ dolları və ya 1,8% artaraq 2 trilyon ABŞ dolları təşkil edəcək.
Təşkilat qeyd edib ki, iki ildən bir dərc olunan hesabat “vacib ərzaq məhsullarının istehsalı, ticarəti, istifadəsi və ehtiyatları üzrə yenilənmiş proqnozları” təqdim edir.
"Əsas ərzaq məhsulları istehsalı üçün proqnoz yaxşıdır, lakin ekstremal hava hadisələri, artan geosiyasi gərginlik və qəfil siyasət dəyişiklikləri qlobal istehsal sistemləri üçün risklər yaradır və tələb və təklifin incə balansını poza, ticarət və qlobal ərzaq təhlükəsizliyi perspektivlərini pisləşdirə bilər",- hesabatda qeyd olunur.
2023/24-cü illərdə taxıl və düyü ticarətinin azalacağı gözlənilir, baxmayaraq ki, Braziliya və ABŞ-da əkinlərin artması səbəbindən qlobal qarğıdalı istehsalının əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. Bitki yağlarının qlobal ticarətinin də bir qədər azalacağı, eyni zamanda qlobal istehsal və istehlakın artacağı proqnozlaşdırılır. FAO-nun hesablamalarına görə, gələn il şəkər, süd məhsulları, ət və balıq ticarəti də azalacaq.
Aşağı gəlirli ölkələrdə ümumi ərzaq idxalı xərclərinin 11 faiz azalması gözlənilir.
Qlobal idxal xərclərinin artması meyvə-tərəvəz, içkilər və şəkər xərclərinin artmasından qaynaqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























