Nissan-ın xalis mənfəəti 4 dəfə artıb
Nissan Motor, 2023-cü ilin aprel-sentyabr dövrü ərzində xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artaraq 296,2 milyard yen (1,95 milyard dollar) təşkil etdiyini açıqlayb.Nissan Motor mənfəətini dörd dəfə artıraraq 1,9 milyard dollara çatdırıb
Marja xəbər verir ki, Yapon istehsalçısının yaydığı məlumatda, Nissan-ın 2023-cü ilin birinci yarısının maliyyə göstəriciləri və 2024-cü ilin martında başa çatacaq cari maliyyə ili üçün əhatəli proqnozları açıqlanıb.
Yokohamada yerləşən şirkətin 2023-cü ilin aprel-sentyabr ayları ərzində xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artaraq 296,2 milyard yen (1,95 milyard dollar) təşkil edib.
Satış gəlirlərinin 30,1 faiz artaraq 6,06 trilyon yenə (39,5 milyard dollar) çatdığı 6 aylıq dövrdə əməliyyat mənfəəti iki dəfə artaraq 336,7 milyard yen (2,22 milyard dollar) olub.
Yerli, Avropa və Şimali Amerika satışlarının artması nəticəsində Nissan-ın qlobal avtomobil satışları maliyyə yarım ili ərzində 3,3 faiz artaraq 1,62 milyon ədədə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























