“PAŞA Kapital” öz lider mövqeyini qorumaqdadır
(®) 10 ildən artıq fəaliyyəti ərzində ölkədə kapital bazarının inkişafına mühüm töhfə verən “PAŞA Kapital” öz lider mövqeyini qorumaqdadır. Belə ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb.
Bakı Fond Birjası tərəfindən cari ilin yanvar-oktyabr ayları üçün açıqlanan hesabata əsasən "PAŞA Kapital" 15 milyard 928 milyon manata yaxın dövriyyə həcmi və 45% bazar payı ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti mövqeyində möhkəmlənib.
Həmçinin hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları və Repo bazarlarında, eləcə də anderraytinq xidmətləri üzrə aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqləndirilib. Qeyd edək ki, “PAŞA Kapital” yerli və beynəlxalq investorlar daxil olmaqla, fərdi və korporativ müştərilərə investisiya xidmətləri göstərir. Şirkət brokerlik, portfelin idarə edilməsi, anderraytinq, maliyyə məsləhətləri və tədqiqat, eləcə də marja ticarəti sahəsində öz xidmətlərini təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
5 d. əvvəl
Google-ın Wiz-i 32 milyard dollara satın almasına icazə verildi
-
9 d. əvvəl
“Hadisələrin xəritəsi” adlı yeni layihə üzərində iş aparırıq"
-
11 d. əvvəl
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək
- 16 d. əvvəl
-
19 d. əvvəl
"Səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi"
-
28 d. əvvəl
"Ərazi sularınızın qorunması ilə bağlı Azərbaycana bəzi yeni qayıqları göndərəcəyik"
-
31 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
12 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
12 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Google-ın Wiz-i 32 milyard dollara satın almasına icazə verildi
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək
"Ərazi sularınızın qorunması ilə bağlı Azərbaycana bəzi yeni qayıqları göndərəcəyik"
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib

























