"Mars" şirkəti Britaniyanın ən böyük özəl şokolad istehsalçısını 661 milyon dollara satın alır
ABŞ-ın "Mars" şirkəti Böyük Britaniyanın ən böyük müstəqil şokolad istehsalçısı olan "Hotel Chocolat"ı 534 milyon funt sterlinqə (661 milyon dollara) satın alır.
Marja.az xəbər verir ki, razılaşma xəbəri "Hotel Chocolat"ın səhmlərini bahalaşdırıb.
“Hotel Chocolat” 1993-cü ildə “şokoladı yenidən maraqlı etmək missiyasında olan” sahibkarlar Anqus Thirlwell və Peter Harris tərəfindən təsis edilib.
Brend təxminən 20 il əvvəl Londonun şimalında ilk mağazasını açıb və o vaxtdan bəri kafe və restoranlardan əlavə, İngiltərədə 131 mağazaya çatıb. Onun həmçinin Yaponiyada da mağazaları var.
Ən son maliyyə ilində "Hotel Chocolat", "məyusedici" maliyyə nəticələrini dərc edib. Şirkətin gəliri 10% azalaraq 205 milyon funt-sterlinqə (254 milyon dollar) düşüb və 6,2 milyon funt sterlinq (7,7 milyon dollar) zərər edib. Şirkətin rəhbəri Thirlwell, "Mars"ın satın almasının markanın böyümə perspektivlərini artıracağını söyləyib.
İngilislər daha az əmindirlər. Müqavilə, "X" istifadəçilərinin başqa bir yerli İngilis şokolad markasının böyük bir Amerika qida şirkəti tərəfindən satın alınmasından şikayətlənən şərhlərə səbəb olub.
Bəziləri 2010-cu ildə "Kraft Foods" tərəfindən "Cadbury's"-in çox milyard dollarlıq satın alınması ilə müqayisə edirlər:
“"Kraft" "Cadbury's"i alanda keyfiyyət aşağı düşdü. "Hotel Chocolat" bahalı olsa da, düzgün şokoladdır. Xahiş edirəm heç nəyi dəyişməyin".
"Mars", "Snickers", "Twix", "M&Ms" "Orbit" və s. məhsullatı istehsal edən "Mars" şirkəti 1932-ci ildən Böyük Britaniyada fəaliyyət göstərir və ölkədə təxminən 10.000 işçisi var.
"Mars" hesab edir ki, satınalma Böyük Britaniya bazarına bağlılığını daha da gücləndirəcək, portfelinə çox sevilən bir marka əlavə edəcək və istehlakçılarla əlaqələrini dərinləşdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























